Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2020

Mərd-mərdanə Rauf Arifoğlunun xatirəsini əziz tutmaq üçün TROL Rauf Arifoğlunu tənqid edirik

Rauf Arifoğlunun qardaşı Rauf haqqında yazdıqlarımızdan narahat olub əleyhimizə yazıb. Yaxşı olub ki, onlara bir həqiqəti başa sala bilmişik. O həqiqət budur ki, sizi nə qədər sizin Arifoğlu haqda yazdıqlarımız narahat edirsə Arifoğlunun da bizi tərk edib hakimiyyətə TROLLUQ eləməsi o qədər narahat edir. Sən illərdir xalqa ümid ver, zalımı yıxacağıq de, sonra da heç nə olmayıbmış kimi get həmin zalımın “çənəsi” ol. Sonra da etiraz edib de ki, niyə məni qınayırsız?

Qardaşı nə üçün Rauf Arifoğlu haqqında tənqidlər yazdığımızı bilmək istəyirsə açıqca deyək. Bizim Rauf Arifoğluyla şəxsi qərəzliyimiz yoxdur. Kimə istəyir işləsin, necə istəyir TROLLUĞUNU eləsin. Necə deyərlər, can onun cəhənnəm Allahın. Biz sadəcə bir vaxtlar xalqın qəhrəmanı olmuş, zalım hakimiyyətin sütunlarını öz qətiyyət və mərdanəliyi ilə laxladan, kişi oğlu kişi Arifoğlunun xatirəsini əziz tutmağa çalışırıq. O cür mərdanələr öləndə xalqın qəlbində yaşayır. Həmin Arifoğlunun adına ləkə gətirmək istəyən TROL RAUF ARİFOĞLUNU da tənqid edir, imkan vermirik ki, bir zamanlar qəhrəmanımız olan rəhmətlik Rauf Arifoğlunun adına ləkə gətirsin.

Çox başınızı ağratmaq istəmirik, sadəcə bir-iki kəlmə ilə yazdıq. Amma unutmadan deyək ki, İslam inancına görə Qiyamət baş verəcək, ölülər diriləcək, mərhum qəhrəmanımız Rauf Arifoğlu da Azərbaycanda qopan qiyamət zamanı dirilsə biz yenə öz qəhrəmanlarımızdan birinə qovuşmuş olacağıq. Bu qədər bəsit. Arifə bir işarə kifayətdir, oğluna kifayət etməsə də olar.


2772 بازدید
در حال ارسال اطلاعات...