Qasim Süleymaninin mübarək nəşi günlərdir şəhərbəşəhər gəzdirilir, mətbuatda yazılana, camaat arasında deyilənə görə əziz generalla vidalaşanların sayı ölkənin İnqilab Rəhbəri İmam Xomeyninin cənazəsiylə xudahafizləşməyə gələnlərin sayı qədərdir. Adam bu qədər əzizlənir, sevilir, ürəklərdə yaşayır.
Bütün dünya mətbuatı bu dəqiqələrdə Qasim Süleymanidən danışarkən Azərbaycanda bəzi sionispərəstlər narahat olublar. Nə imiş? Sosial şəbəkələrdə Qasim Süleymanini şəkilləri profillərə qoyulur, sevilir, təqdir edilir, qibtə edirlər ona.
Müsavat qəzetində Sabir Əhmədoğludur nəmənədir, bir yazısında əziz gizirimiz şəhid Mübariz İbrahimovla Qasim Süleymanini müqaysiə edib sual verir ki, görəsən Mübariz İbrahimov, yoxsa Qasim Süleymani? Hansı sevilməlidir? Adamın şəklinə baxsan 45-50 yaşlarında biri kimi görsənir. Amma “ağıl yaşda deyil, başdadır” atalar sözü bir daha öz təsdiqini tapmaqdadır. Bu adam hələ indiyədək anlamır ki, şəhidin milləti olmur. Ümumiyyətlə qəhrəmanlar, xüsusən də bu qəhrəmanlar şəhid olanda onların sərhədi, milliyyəti olmur. Heç uzağa getməyək, elə götürək Mübariz İbrahimovu. Bilirsiniz ki, Mübariz şəhid olanda Rusiya prezidenti onun haqqında yanılmırıqsa “həqiqi Rembo” ifadəsi işlətmişdi. Türkiyə seriallarında onun qəhrəmanlığı işıqlandırılmışdı. İndi bu Sabir Əhmədoğludur, kimdir, o bu vəziyyətə etirazmı edir? Deyə bilərmi ki, bu yanlışdır? Bəli, deyə bilər. Çünki adam belə bir zehniyyətə malikdir. Amma digərləri belə düşünmür, milyonların qəlbini fəth edən Qasim Süleymaniyə öz seviglərini təqdim edirlər.
Amma “nə üçün öz şəhidimiz bu qədər yad edilmir” deyirsinizsə, bir dənə generalımızı göstərin, vətən yolunda əlləşib-vuruşub və şəhid olub. Qasim Süleymani kimi onu əzizləməyən, milyonlar olub küçələrə tökülməyən namərddir. Biz nə edək ki, bizim generallarımızın biri Rusiya adamı, rusdilli (Nəcməddin) olduğu üçün lənətlənir, digərinin Amerika adamı (Səfər Əbiyev) olduğu ifşa edilib mitili bayıra atılır. Bir digəri (Eldar Mahmudov) prezidenti ailəsini dinlədiyi üçün vəzifədən kənarlaşdırılır. Mübariz kimi qeyrətli oğullarımız da var ki, adları milyonların qəlbində yaşayır.
Sabir Əhmədoğlu müsəlman birliyindən danışarkən deyir ki, baxın, niyə sizin əzizlədikləriniz ermənilərlə yaxşı keçinir? Halbuki erməni baş naziri Paşinyan Qasim Süleymaninin şəhadəti münasibətiylə ABŞ-ı təbrik etdi. Deməli, Qasim Süleymani heç də ermənipərəst deyil. Amma Sabir "müəllim" sionistpərəst, israilpərəst olmaq istəyirsə özü bilər.