Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2019

Əliyevlərin bunca yalançılıq, diktatorluğundan sonra “islahat”a uyan nadanlar

Doğrudan da bəzi yaltaqlara GÖZƏGİRƏN desən gözə də “yazık olar”, girməyə də. Ona görə ki, bu bəzinin işi artıq GÖZƏ GİRMƏKDƏN də keçib.

İlham Əliyev sonuncu aksiyadan nəyi var təşvişə düşdü, özünün xarici havadarlarından əmr alaraq müəyyən “islahatlar” aparmağa başladı. Məsələn, elə həmin havadarlar vaxt var idi, İlham Əliyevi Ramiz Mehdiyevin, Üsubovun, Bəylərin əliylə hakimiyyətə gətirmişdi. Sonra vaxt gəldi Ramiz “sokraşeniyaya” düşdü. Ondan sonra GÖZƏGİRƏN mediyanın TROLBAŞISI olan Əli Həsənov da yola salındı, deputatxana buraxıldı. İndi sirkə zillət vəkilləri seçkisi keçiriləcək. Bəziləri bu seçkidə iştirak etmək, mandat almaq istəyir. Doğrudan da bu cür insanlar arasında əgər Arif Hacılı, İlqar Məmmədov kimi adamlar varsa çox böyük səhvə yol veriblər. Özlərini elə bil çox alçaldıblar. Çünki bu insanlar nəinki sirk olan deputatxananın, heç İlham Əliyevin də oturduğu yerin haqqını vermədiyini gözəl bilirlər. Onlar seçkiyə getməklə hakimiyyəti qəsb eləmiş İlham Əliyevin hardasa qəsbkarlığını ört-basdır etmiş olurlar.
Xalqın içində də çox nadanlar mövcuddur. Deməli, ticarət mərkəzinin yanmasından sonra Ucarda pambıq zavodunun işçiləri aldadıldıqlarını dilə gətirib etiraza qalxdılar. Amma etiraz edərkən yenə İlham Əliyevə “toz qondurulmadı.” Ancaq Kəmaləddin kimi şər-xəta, rəzil məmurlar danlanıldı. Düzdür, insanlar İlham Əliyev həddində hələ ki, tənqid etməyi rəva görmürlər. Amma digər yandan “balıq başından iylənər” məsəlini bildikləri halda iylənmiş başdan heç nə demirlər və bu da azmış kimi, quyruqları, ayaqaltıları tənqid edərkən “İylənmiş başa” pənah aparırlar. Halbuki bütün üfunətin başında həmin “iylənmiş baş” dayanır. Çox zaman düşünürük ki, doğrudanmı bu insanlar bu qədər nadan oldu, yaltaqlar həqiqətənmi bu qədər “danabaş” oldular.

Bilirsiniz ki, Heydər Əliyev hakimiyyəti min hiylə ilə qəsb etdi, oğlunu yavaş-yavaş ucaltı, onu layiq olmadığı baş nazir vəzifəsinə gətirdilər. Daha sonra qanunu dəyişib ölkənin ikinci ən ali postunu baş nazir postu qərar verdilər. Sonra adam prezident oldu. (Əlbəttə Əli İnsanov və digərlərinin dediyinə görə Heydər Əliyev artıq o vaxta qədər çoxdan ölmüşdü) Sonra bala Əliyev qanunu öz xeyrinə dəyişib üçüncü dəfə özünü prezident seçdirdi. Daha sonra arvadını özündən sonra ölkənin birinci şəxsi elan elədi. Bu cür diktatora, yüzlərlə insanı həbs etmiş, dini əzmiş, ölkəni səfalət içində süründürən, ailə hakimiyyəti quran, efiri əxlaqsızların telekanalizasiyasına döndərən, yaltaqlığı təbliğ edən, özünü xalqdan uca tutan, “mənən ən yaxşı, siz kimsizi ki” deyən, şərəfsiz, sərişdəsiz, alçaq, bacarıqsız, quldur, yalançı, talançı məmurlardan ibarət hakimiyyət qurub özü də onlardan betər bir şəkildə qəsbkarlığına davam edən bu insana – Əliyevə hələ də camaat “pənah aparır”, etmədiyi islahatlara uyub sirk seçkilərində iştirak etmək qərarı verirlər. Belə olan halda da o, yazıq xalqın başında turp əkməyə davam edir. Bunun qarşısını almaq üçün onu başdan endirməkdən başqa çarə yoxdur.


2925 بازدید
در حال ارسال اطلاعات...