
Sistem işində çalışan insanlar gözəl bilir ki, xalqın üstünə şığıyan, 26 ildir ki, xalqın deyil hakimiyyətin tərəfində olan polislər İlham Əliyevi Avropada yaşayan müxalifətdən daha çox söyür. Çünki polislər hər dəfə aksiyalarda xalqdan – qadından, kişidən, qocadan, cavandan “itin sözünü” eşidir və hər dəfə söyüldükcə də həmin söyüşləri İlham Əliyevin ünvanına göndərirlər.
Hakimiyyət adamları arasında da polisdəki kimi özündən aşağı rütbəliylə söyüşlə danışan məmurlar vardır. Hər kəs özündən aşağıdakını söydükdə aşağıdakı da həmin söyüşləri xəlvətdə, evində də olsa yuxarıya “abratnı” qaytarır. Sonuncu aksiyada bir daha məlum oldu ki, polislərimiz xalqın gözündə “it”, camaatın cibinə narkotika atan insanlar kimi qalıb. İlham Əliyev yenə səhvə yol verdi. Haqqa və haqqını tələb edən xalqa deyil, Eyvazovun dubinkasına söykənən Əliyev etirazçı xalqı bir daha həbs etdirib aksiyasını dağıtdı. Bu aksiyanı ola bilər siyasi müxalifət təşkil etmişdi. Amma artıq xalq oyanıb, bilir ki, Əliyev hakimiyyəti cəhənnəm olub getməsə xalqa gün üzü yoxdur. Əliyev isə bir daha öz tərbiyəsizliyini, vəhşiliyini və diktatorluğunu nümayiş etdirdi. Çünki bu insan təbiət etibarilə bu cürdür. Xalq Qarabağı istədiyi bir halda Əliyev onları döydürdü. Çünki o, əslində Qarabağı istəmir. Qarabağda erməniyə güllə atan insanları, hərbiçiləri Əliyevlər ya öldürür, ya da həbs elətdirir. Çünki o, Qarabağ döyüşləri zamanı Türkiyənin, Rusiyanın avaraxanalarında qumar oynayır, alkaşlıq edir, müharibədən qaçıb gizlənirdi. Ona görə də belə bir insan üçün Qarabağ heç zaman maraqlı olmayıb. Çünki Əliyev özü də müstəqil insan deyil. Onu da qınayan, təpikləyən var. Çünki o, bilir ki, Qarabağ tələb olunsa ona da xarici dövlətlərdən təzyiqlər olunacaq, erməni diasporası İlhamın yuxusuna haram qatacaqdır.
Bəli, Əliyevlər necə deyərlər söyülməyə, təhqir edilməyə adət ediblər. Onlar üçün onların ünvanına xalqın, müxalifətin, polislərin göndərdiyi söyüşlər artıq adi hal almaqdadır. Təki hakimiyyəti davam etsin. Təki harınlamış məmurlar vasitəsilə anbarını doldursun. Bu cür ermənipərəst hakimiyyətin bir amalı vardır, o da budur.