
“Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!”
Hacı Tale Bağırzadə ilə kişi kimi mübarizə apara bilməyən hakimiyyət artıq səddamvari əməllərə yol verməyə başlamışdı. Hətta məlun Yezidin etmədiyi bir işi Səddam lənətlikdən ilham alaraq etdilər. Özü də bu işi məhərrəm ayında, dava-dalaşın haram olduğu ayda etdilər. Deməli, Tale Bağırzadəni Allaha söykəndikcə sındıra, rejimə boyun əydirə bilməyəcəklərini anlayıb, digər yandan susdurmağa çalışsalar da gördülər ki, bacarmırlar.
Bir müddət əvvəl güya hacının həyat yoldaşının içəri telefon və kart keçirmək istədiyini bəhanə edib xanımına cinayət işi açmışdılar. Amma telefon da, kart da yanlışlıqla çantada olub. Zatən ağıllı adam gözəl bilir ki, belə bir iş baş tuta bilməz. Xüsusən də hacının ailəsi tərəfindən. Çünki bu ailə rüşvət verib qanunsuz əşyanı içəri keçirən deyil. Yenə də hansısa qeyri-dindar bir ailə olsaydı, yaxud sıradan bir dindar ailə olsaydı düşünmək, suyi-zənn etmək olardı ki, bəlkə rüşvət vermək istəyiblər, amma alınmayıb. Çünki rüşvət halları bu cür vəziyyətlərdə çox baş verir. Hətta bu haqda İqbal Ağazadə deputatxanada xüsusi olaraq danışmışdı. Deməli, həqiqətən də yanlışlıq olub. Məgər hacı və onun ailəsi bilmir ki, hacı Taleyə qarşı rejim amansızdır. Məgər bilmirlər ki, başqa çantaları bir dəfə yoxlayanda hacının çantasını əlli dəfə yoxlayarlar? Yanlışlıqla olan bir hadisəni bu cür böyütməklə hacıyla başqa cür mübarizə aparmağa çalışdılar.
İraqın keçmiş diktatoru, Allahın lənətinə gəlmiş Səddam İraqın dini liderlərindən olan Şəhid Sədrin bacısı mərhumə Bintil-Hudanı şəhid edəndə ondan soruşmuşdular ki, nə üçün bacısını öldürdün? Demişdi ki, Kərbəlada baş verən bir səhvi təkrarlamaq istəmədim. Məqsədi İmam Hüseyni (ə) şəhid edən qoşunun, yaxud məlun Yezidin xanım Zeynəbi (s.ə) öldürməməsi idi. Yezidin belə etmədiyi Yezidliyi ölkədə hakimiyyət etmək istədilər. Sırf buna görə hacının ailəsinə cinayət işi açdılar. Amma, Allah Təala möminlərin əliylə bu zülmü aradan qaldırdı.
“Hücurat” surəsinin 15-ci ayəsində buyurulur: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!”
Möminlər üçün haqq yolunda mübarizə aparmaq üçün növbəti bir fürsət ələ düşmüşdü. Təbii ki, möminlər bu sınaqdan üzü ağ çıxdılar. Heç şübhəsiz ki, möminlərin daha da qəzəblənəcəyindən, müqavimətindən qorxub cinayət işinə xitam verdilər. Yəməndə, Suriyada, İraqda, Livanda müqavimət qalib olduğu kimi Azərbaycanda da müqavimət qalibdir. Allah bu işdə zəhməti olan hər kəsdən razı olsun.