Makyajlı, nursuz bu uşaq bir kilo rəng üzünə vuraraq, saçlarını heyvanlara konsert verən hansısa səviyyəsiz müğənni kimi düzəldib efirə çıxır
Bir neçə müddətdir bəzi aparıcılar, şou əhli, veriliş düzüb-qoşanlar Bayram Nurlu kimi tanınan, əslində isə sifətində nurdan əsər-əlamət olmayan, əksinə Bayram Makyajlı kimi çağırılması doğru olan bir nəfəri reklam edirlər. Məlum olur ki, məlum məqsədlərdən ötrü adama sponsorluq edənər tapılır. Bu cür adamların əslində bizlər tərəfindən araşdırılması nalayiq olardı, sadəcə fəsadı üzə çıxarıb tənqid etməklə cəmiyyətə xeyir vermək məqsədi güdürük. Bəlkə həya edib öz abırsızlıqlarını bir qədər azaltdılar. Onu da deyim ki, belələri haqda heç də araşdırma aparmırıq, beş-on dəqiqəmizi sərf etməyimiz kifayət edir ki, adamı tanıyaq. Beş–on dəqiqə vaxt sərf etməklə aydın oldu ki, aylardır reklam olunan Bayram Makyajlını iki dəstə qabağa verməkdə maraqlıdır. Birincisi ona sponsorluq edənlərdir. Adam nə müğənnidir, nə də incəsənət adamı. Zatən oktyor, kinorejissor olsaydı digər sənət adamları kimi o da acından ölərdi. Sadəcə bir neçə il əvvəl ANS telekanalında falçı, ekstrasens adıyla görünüb. İndi isə onun bu qədər sponsorla təmin edilməsi, camaatı "elə edərəm, belə edərəm" deməklə hədələməsi onu göstərir ki, bilərəkdən xalqın mənəviyyatını, xüsusən gəncliyini (nəzərə alın ki, Bayram Makyajlının heç 25 yaşı yoxdur) pozmaq istəyən qüvvələr türklər demişkən "piyasaya yeni sima(sız) təqdim ediblər." Yəni gündəmi Bayram Makyajlıyla məşğul etməyə başlayıblar. Onu bilərəkdən efirdə həyasız arvadlar kimi çığırdan şou əhli, aparıcılar öz verilişlərinə qalmaqal üstündən auditoriya qazanırlarsa, onu qabağa verən siyasi oyunbazlar da onu tənqid etməklə efirdən yığışdırmaq istəyənlərə demək istəyirlər ki, çaşma, yoxsa elə Bayram demişkən lazımlı yerlərdə görüşə bilərik. Yoxsa ölkədə minlərlə ilahiyyatçı olduğu halda, heç birinin efirdə veriliş aparmaq, dini söhbətlər etmək haqqı olmadığı halda (dövlət bu imkandan onları məhrum etdiyi halda) Bayram Nursuz efirdə nə qələt edir? İkinci maraqlı insanlar isə şou əhli, aparıcılardır. Bayram kimi insanları öz verilişlərinə, telekanalizasiyalarına çağırır, iyləndirir, onsuz da çoxdandır ki, iylənmiş, üfunət iyi verən, telekanalizasiya adını alan efirlərini ikiqat iyləndirməyə çalışırlar. Əslində ona tamaşa edən insanlar nifrət edir, videoların, xəbərlərin altında namuslu, vicdanlı insanlar Bayramı da onun himayədarlarını da danlayır, onda kişi sifəti görmürlər. Amma verilişi oxucu kütləsi qazansın deyə Elgiz, Tolik kimi nalayiq adamlar onu verilişə çağırır, üzür istəyirik ifadəyə görə - banladır, camaatı hədələtdirir, bir sözlə reytinq qazanırlar. Əlbəttə ki, Bayram Makyajlının da müvəqqəti bir dövrü var. Onun da ulduzu ondan qabaqkı bayramlar kimi bu gün sabah sönəcək.
Sırf Bayram Makyajlının timsalında bir məsələ olduqca narahat edicidir. Deməli, balaca araşdırmadan sonra məlum oldu ki, adam ilk dəfə ANS-ə Elgizin falçılarla bağlı ola verilişə dəvət edilib. Ora ilk dəfə gələn Bayram da hamının da şahidi olduğu, Elgizin də dediyi kimi orta məktəbdə oxuyurdu. Daha doğrusu oxumurdu. Elgiz deyirdi ki, bu adam dərsə getmir, orada əyləşən iştirakçılar da ona məktəbə getməyi tövsiyə edirdilər. Bayram onda çox balaca idi, özünə böyük falçı kimi gəlirdi. verilişdə heç bir qələt (fal və s.) edə bilməməsi bir yana, özünü axmaq kimi aparıb gic-gic hərəkətlər də edirdi ki, diqqəti özünə çəksin. Amma elə axmaq kimi də yaddaşlarda qaldı. Amma insafən deyək ki, o vaxtlar balaca olduğu, bu qədər p..-püsür batmadığı üçün üzündə balaca da olsa nur var idi. İndi isə həmin sifəti Bülənt Ərsoyun sifətindən fərqlənmir. Makyajlı, nursuz bu uşaq bir kilo rəng üzünə vuraraq, saçlarını heyvanlara konsert verən hansısa səviyyəsiz müğənni kimi düzəldib efirə çıxır, yutubda danışır. Bir sözlə ona itin sözünü yazırlar, eşşəyə oxşayan deyən kimi, arvada oxşadan kimi, pozğun kimi qəlmə verən kim...
Bütün bunları nəzərə alaraq həyəcan təbili çalmaq lazımdır əslində. Çünki o zamanlar Elgizin verilişinə dəvət edilən, orta məktəbə oxumağa getməyən bu uşaq (artıq küçə uşağı) haqda tədbir görülmədi. Tez bir zamanda matışkaya, pozğuna oxşar bir görkəmə salındı. Bu, bizim əvvəla şou-biznesin, telekanalizasiyalarımızın, onların sponsorlarının günahıdır. Bayram Nursuz bu dəqiqə telekanalizasiyaların simasıdır. Onun timsalında gəncliyimizi bu cür böyüdürlər. Demək istəyirlər ki, Aprel döyüşlərində şəhid olan əsgərlərə klip çəkmək, Mübariz İbrahimovu yad etmək əvəzinə Bayram kimi həyasız insanlara baxın. İstəyirlər ki, beləliklə də gənclərin beyni pozulsun. Halbuki Bayram Nursuz gəncdir, hərbi xidmətə getmək həddində olduğu halda xidmətdən də yayınıb. Deməli bizim balalarımıza Aprel döyüşlərində şəhid olan əsgərlər kimi əsgərliyə getmək deyil, onların atılan dırnağı olmayan Bayram kimi xarab gənclərə baxıb onların tayı olmaq aşılanır.
Telekanalizasiyalarımız da İlham Əliyevin simasıdır. Bəli, məhz İlham Əliyevi qınamaq lazımdır. Halbuki İlham Əliyevin özü öz oğlunun Bayramın gününə qalmasını heç zaman arzu etməz. Bu gün sabah Bayramdan da öz rejimi, övladı üçün təriflər istəyəcək. Əks halda Bayramın olmayan nurundan telekanalizasiyalarda əsər əlamət qalmayacaq. Niyə telekanalizasiyalar İlham Əliyevin simasıdır. Çünki özünə hörmət qoyan bir lider bu cür hallarda, Bayram kimilər ilk dəf efirə çıxanda hərbi xidmətdən yayınanda, məktəbə getməyəndə tədbir görməli, onun qulağından tutub səngərlərin birinə atmalı idi. Bu gün Bayram Nursuzdan Bülənt Ərsoy sifəti, heyvanlara konsert verən müğənninin başı düzəldilirsə, gənclərimiz sabah bayramlaşdırılırsa Mübarizlər tapdalanırsa, Aprel şəhidlərinin ruhuna hörmətsizlik edirlirsə bütün bunlardan birinci dərəcədə İlham Əliyev günahkardır.