Oturub sosial şəbəkələrdə it-pişik söhbətlərini xırdalayır.
Xalqın işindən başqa hər yerə burnunu soxan Fazil Qəzənfər haqda
Fazil Qəzənfər qabaqlar siyasətdə (?!) olanda başından yekə sözlər deyər, qəzetdə müsahibələr verər, özünü güclü siyasətçi, Elçibəyin işləyən beyni, görən gözü, vuran əli, danışan dili hesab edərdi. Elçibəy öləndən sonra ətrafına yığılan bir neçə lazımsız insan kimi özünün də artıq cəmiyyətdə lazımsız məxluq olduğunu anlayan kimi siyasətdən getdi. Adını da belə qoydu ki, güya müxalifət satqındır, öz şəxsi mənafeyini güdür. Bu yerdə adamı küçədə-bazarda tutub demək lazımdır ki, müxalifət xəyanətkardırsa bundan sənə nə? Sən öz müxalifətini yarat, əgər xalqın gözündə iynə ucu qədər hörmətin varsa çıx meydana, ver döşünü qabağa ki, fəaliyyətlərini görək.
Fazil Mustafa kimi Rauf Arifoğlu, Azər Həsrət, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev kimi bədbəxt, məhv olmuş insanlar da mövcuddur. Bu adamların xalqın "it dəftərində" adı olsaydı sinələrini qabağa verib müxalifətə rəhbərlik edərdilər.
Bəs indilərdə bu adamlar hansı işlərlə məşğuldur? Məsələn, güya əməkdar jurnalist olan Azər Həsrət (bir vaxtlar İlham Əliyevə, Heydər Əliyevə qarşı qiyam qaldırıb başından yekə danışırdı) özü kimi digər bir əməkdar (güya) jurnalist olan Arifoğlunun saytında rus dili söhbətləri mövzularında "zakon talkavat" eləyir. Arifolu neyləyir? Bütün günü sosial şəbəkədə bir-birini qıran hansısa müxalifət funksionerlərinin yazışmalarını öz qəzetində dərc edir. Yəni, işi-gücü gözəgirənlikdən başqa həm də küpəgirən qarılıq etməkdən ibarətdir.
Bəs yaltaqlığına görə deputatxanada yal sahibi olan Fazil nə edir? Qabaqlar prezident seçkisi debatlarında müxalifət iyi verməyə çalışsa da indilərdə demək olar ki, heç bir işi-gücü yoxdur. Maraqlananda məlum olur ki, işi-gücü özü kimi dindən, imandan xəbərsiz, savadsız Elşad Miriyə qoşulub məhərrəmlik vaxtı dini dəyərlərə dil uzadır, Ramazanda iranlı alimlərə, QMİ sədrinə ilişir, bir də sosial şəbəkədə oturub çayxana söhbətləri edir.
Amma sonuncu dəfə saytda sosial şəbəkədə yazdığı bir status çox diqqət çəkdi. Bu dəfə Şah İsmayıla, şiə ruhanisinə, İmam Hüseyn (ə) şüarlarına dil uzatmayıb. Götürüb iti itdiyi üçün oğrulara pul vəd edən sahibinin kədərindən yazıb. Atmaca atmaqdan da özünü saxlamayan adam yazıb ki, 19-cu əsrin əvvəllərində də iti itdiyi üçün bir nəfər kədərlənmişdi. Amma sən demə o, itinin qaytarılması qarşılığında heç nə vəd verməmişdi, amma bu gün iti itən vətəndaş 1000 manat pul vəd edir. Sonra Fazil bu qərara gəlib ki, iki əsr arasındakı sosial rifahı bu məbləğdə görmək olar.
Müqayisəyə qalsa gərək bizdə müqayisə edək;
- Məsələn, XX əsrin əvvəllərindəki (Xalq Cumhuriyyəti illəri) parlamentə baxın, bir də indi Fazilin oturduğu sirkə, zoparka. Görün nə qədər fərq var.
- Keçmiş parlament sədri olan Məmmədəmin Rəsulzadə məhərrəm ayında İmam Hüseyn (ə) qəhrəmanlıqlarından danışırdı, bu gün Qəzənfəroğlu məhərrəmlikdə müsəlman xalqı qıcıqlandırmağa hesablanmış yüngüllüklər edir..
- Keçmiş parlament üzvləri dövlətləri sovetlər tərəfindən işğal ediləndə xarici ölkələrdə işğalçı sovet əleyhinə mübarizəyə qalxdılar, Fazil hökümətləri süquta uğrayan kimi Türkiyəyə qaçdı, sonra gəlib peşiman olduğunu dedi. Nəticə də ortadadır. Oturub sosial şəbəkələrdə it-pişik söhbətlərini xırdalayır.
Bir söz demirik, yaxşıdır, qoy xalqı, seçicilərini "it günündə" yaşatsınlar, o isə oturub itdən – pişikdən yazsın. Zatən elə Fazil bu kimi şeylərə burnunu soxmağa layiq adamdır.
Fazil, elə indiyədək sənə bunu başa salmağa çalışırdıq da. Nə işin var Şah Hüseynin (ə), Şah İsmayılın haqqında danışırsan, otur bu cür – səviyyənə layiq işlərlə məşğul ol.