Dünyəvi dövlət heç zaman iffəti, namusu, qeyrəti qoruyub saxlamağa qadir olmayıb
O...aşlıq cəmiyyətlərə nüfuz edə bilirsə bundan ötrü ilk növbədə siyasi rejimlər günahkardır. Yəni ölkələrdə siyasi rejimlər necədirsə onun necəliyi cəmiyyətələrə də sirayət edəsidir. İrad tutub deyə bilərsiniz ki, insanın canında da olmalıdır. Necə ki, bu gün bəzilərinin dilinə söz düşüb, deyirlər ki, məscidin də qapısı açıqdır, fahişəxananın da. Tərəfin canı çıxsın, fahişəxanaya getməsin. Əlbəttə qismən də olsa razılaşmaq olur. Amma gəlin unutmayaq ki, rejimlər qarşılarına məqsəd qoymalıdır. Ya insanları fahişəliyə çəkməlidir (ki, bu da yolverilməzdir), ya da Allahın yoluna. Əslində demokratiya adlandırdığımız andıra qalmış matah tikə dini quruluşların dövlətlərdə hakimiyyətini süquta uğratmaq üçün ortaya atılan zəhrimardır. Belə ki, müsəlman ölkələrində İslami şəriət qanunları, qeyri İslami ölkələrdə də kilsə qanunları, rahiblər, keşişlər bir vaxtlar hökmranlıq edərdilər. Dinin dövlətdən ayrılması isə dövlətləri keşişlərdən uzaq tutmaqdan ötrü idi. Çünki intibah (inkvizisiya) dövründə xristian keşişlər alimləri asıb kəsirdi, camaatın onlara inamı qalmamışdı. Hələ qədim zamanlardan mövcud olan "məbəd kahinləri dindən istifadə edib xalqın sərvətini talayır" fikri cəmiyyətin içinə nüfuz etmişdi. Belə olan halda kilsə davam gətirə bilməzdi. Ona görə də dini (xristianlığı) dövlətdən (siyasi idarəetmədən) qopardılar. Bizim bəzi saxta müsəlmanlar da elə bildilər ki, bu, islam dövlətlərinə də aiddir. Təbii ki, Osmanlı kimi zahirdə özünü müsəlman dövləti hesab edən dövlətlərdə də din əleyhinə işlər görülür, Allaha qarşı çıxılırdı. Amma belə olan halda o artıq İslam dövləti, İslam qanunu olmaqdan çıxır və dünyəvilikdən başqa bir şey hesab edilmir. Fürsəti qənimət bilən qara qüvvələr xristianlarda olduğu kimi Osmanlı xanədanında da dini dövlətdən ayırmaq istədilər.
Dünyəvi dövlət heç zaman iffəti, namusu, qeyrəti qoruyub saxlamağa qadir olmayıb. Çünki bu dövlət dünyəvi dövlətdir, eyş-işrət dövlətidir, arvadbaz, şəhvətpərəst dövlətdir. Bu cür olmaması öz əlində belə deyil. Çünki dini qayda-qanun, nizam, dəyərlər ayaqlar altına atılıb. Demokratiya dedikləri kimin ürəyi necə istəyir elə etsin deməkdir. Zaman-zaman da demokratiyanın beşiyi hesab etdikləri avropada vüsət tapan zinakarlıq, qanuni fahişəlik, geylik, şərfsizlik demokratiya adı altına müsəlman ölkələrinə yeridilir. Efirlərə açıq-aydın icazə verilir, bu cür oğraşlığa rejimləri bilərəkdən icazə vermək üçün vadar edirlər. Arsız-arsız da efirlərdə təbliğat aparıb deyirlər ki, cinsi azlığın nümayəndələri də insandır, hüquqları vardır, yaşamaq haqlarıdır, işləri qanuniləşdirilməlidir.
Son günlərdə gündəmdən düşmyən üç nəfər pozğun arvadın və onlarla pozğunluğa rəvac verən məxluqların videosundan xəbərdarsınız. Artıq DİN də bu işə qarışıb, güya haqlarında tədbir görməyə başlayıb. Çox təəssüflər olsun ki, dövlətin başında dayananlar, müvafiq orqanlar əvvəldən bu kimi işlər barəsində tədbir görməli idi. Artıq xalqın güzgüsü hesab edilən efir məkanımız o qədər səviyyəsiz olub, telekanalizasiyadan da nəcis günə qalıb ki, prezident bu barədə tədbir görür, efiri necə eləyək abıra mindirək deyə işlər görməyə çalışırlar.
Siz elə bilirsiniz ki, Azərbaycanda videosu yayılmış, villada baş verən fahişəliklər birdən birə ortalığa çıxıb? Xeyr! Elə əvvəldən bu ölkədə pullu, varlı olmağı meyar hesab ediblər. O insanların etdikləri oğraşlıqlar pullu olmalarından irəli gəlib. Düzdür, nə çox imkanlı eyni zamanda ədəb ərkanlı insanlarımız vardır. Amma cəmiyyətdə "pul şotuna hər şey edə bilərsən" məfkurəsi yayıldıqca "hər şeydən" biri də fahişəlik olduğu üçün oğraşlığı yayan insanlar bundan çəkinmirlər. Bunun da bir nömrəli səbəbi budur ki, buna siyasi rejim tərəfindən rəvac verilib. Çünki idarəçilik, idarə edənlərin özləri iffətli, izzətli insan olsalar, cəmiyyətlər də yaxşı yetişər. Əksl halda, siyasi rejimlər hansı tərbiyənin, əxlaqın sahibirsə onların hökmran olduqları ölkələrdəki cəmiyyət də o günə qalacaq. Çünki bütün təbliğat imkanları, pul, KİV, efir məkanı, qanunvericilik – ucdantutma hər şey siyasi rejimlərin əlində cəmlənir. Onlar eləyə bilərlər ki, efirdə kəskin qadağalar qoysunlar, oğraş-moğraş efirə çıxıb əxlaqsızlıq yaymasın. Onlar edə bilərlər ki, mənəviyyat veirlişlərinə, insanlarına, filmlərini daha çox maliyyə dəstəyi ayırsınlar, pul versinlər. Onlar eləyə bilərlər əxlaqsızlıq yayanların "atalarını yandırsınlar." Təəssüf ki, bu kimi şeylər onlara sərf eləmir. Bu da o zaman olur ki, onların özləri də həmin əxlaqsızlığın, oğraşlığın ayrılmaz bir hissəsi olurlar. Onlara sərf eləmir xalq mənəviyyatlı olsun. Çünki mənəviyyatı olan xalq haqqını hər fürsətdə tələb edəcək. Onlar istəyir ki, xalq efirdə düşük şou proqramlarına, əxlaqsız verilişlər, seks filmlərinə baxsın, küçəyə çıxan cavanlar bazlıq üçün fahişəxanalara üz tutsunlar. Efir məkanı, qəzet, sayt rəhbərliklərinin əksəriyyəti bilərəkdən əxlaqsız xəbərlər, materiallar dərc edirlər ki, insanlar getdikcə pozulsunlar. Mənəviyyatlı xalq isə mənəviyyatsız durumla üzləşdikdə bunu kökündən kəsib atmalıdır.