Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2019

Bütün peyğəmbərlər (ə) öz dövrlərinin tağutuna qarşı mübarizəyə qalxıb

“Allaha ibadət edin, Tağutdan çəkinin!”
Tağutla mübarizə

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ...

"Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin!” – deyən peyğəmbər göndərdik." (Nəhl, 36).

İzah: Din məntiqinə görə, hakimiyyət və səltənət Allaha məxsusdur. Dünyada mövcud olan müxtəlif növ siyasi sistemlərin arasından yalnız Allahın xalqa hökmranlığı qəbul oluna bilər. Hakimiyyətin bu növü özünü peyğəmbərlərin (ə), imamların (ə) və onların həqiqi canişinlərinin rəhbərliyi altında göstərir. Odur ki, peyğəmbərlərin (ə) göndərilməsinin elmi və tərbiyəvi məqsədləri ilə yanaşı siyasi hədəflərini də nəzərə almaq lazımdır. Quran nəinki siyasəti dindən ayrı hesab etmir, əksinə peyğəmbərlərə (ə) siyasi məsələlərə müdaxilə etməyi, hökumət qurmağı və bəndələrə hərtərəfli rəhbərlik etməyi əmr edir. Buna səbəb odur ki, İslamın bir çox ictimai və hüquqi hökmlərinin icrası dini rəhbərlərin siyasi iqtidara malik olmasından asılıdır. Buna görə də bütün peyğəmbərlər (ə) öz dövrlərinin tağutuna qarşı mübarizəyə qalxmış, bəzən də bu yolda şəhid olmuşlar.

Hədis: İmam Əli (ə): “Allah-Taala həzrət Məhəmmədi peyğəmbər olaraq göndərdi ki, bəndələrini digər bəndələrə (tağut hakimlərə) pərəstiş və itaətdən çəkindirsin və Ona ibadətə yönləndirsin.” (Kafi, c. 8, səh. 386, hədis: 586).


4113 بازدید
در حال ارسال اطلاعات...