Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2019

Nazarbayev siyasəti və eşşək "anekdotu"

Dünən Nazarbayev Novruz bayramı münasibətilə demokratiyasevərləri, diktator lənətləyənləri sevindirib, əməlli başlı bayram hədiyyəsi paylayıb. Amma deyəsən paylayandan sonra tutub yarıdan çox faizini qamarlayıb, yəni onlardan alıb. Demək istəyib ki, diktatura mühitinin hakim kəsildiyi ölkələrdə xalq bir az sevindi bəsdir. Hətta şad xəbərin şayəsi belə bu cür ölkələrdə gözəldir. Ya da ki, istəyib ki, xalq ancaq təbəssüm eləsin, gülməsin.
Kişi, sovetlər dağılandan dünənə kimi Qazaxıstanın diktatoru idi, indi isə könüllü olaraq istefa verdiyini elan edib. Qazaxıstanda isə iki qat bayram olub. Amma Nazarbayev kimi adamların bəxş etdiyi sevinc elə özü kimi fanidir. Düzdür ki, istefa verib, digəl ki, heç bir oğlu olmayan Nazarbayev əvvəl istəyirdi ki, hakimiyyəti qızına ötürsün, bunu – deyilənlərə görə təzyiqlərlə üzləşdiyi üçün bacarmasa da qızını senatda zadda bir işə düzəldə bilib. Hazırda vəzifələrini icra edən şəxs də onun əlinin altında işləyən Parlament sədridir. Nazarbayev istefa versə də bir çox vəzifələrində yenidən qalacaq, xalqın, daha doğrusu hakimiyyətin ağsaqqalı olacaq, prezident hər kim seçilir seçilsin, onu da barmağında oynadacaq bu 79 yaşlı qoca kişi.
Bəziləri onun Yeltsin-Putinin etdiyinin Qazaxıstan formasını etdiyi düşünür. O vaxt "vurmaqdan" başqa bir işə yaramayan Boris Yeltsin də belə etmişdi, sakitcə, səssiz-səmirsiz hakimiyyəti V. Putinə ötürmüş, özü çəkilib getmişdi.
Nazarbayev isə demək olar ki, tam da istefa verməyib. Yəni rəsmi olaraq istefa verdiyi açıqlanıb, hakimiyyətdən birbaşa əlini çəkməyib. Baxın, o ölkələrdə ki, hakimiyyətdən birbaşa gedilmir, kənara çəkilib oğlunu, qızını, nəvəsini, öz adamını hakimiyyətə gətirirlər, deməli o ölkələrdə köklü olaraq heç bir dəyişiklikdən söhbət gedə bilməz.
Yadıma bir "anekdot" düşdü. Deməli, bir gün eşşək heyvanlara meşədə qonaqlıq verir. Şirdən də xahiş edir ki, heyvanlara qonaqlığın sonunda desin ki, bir daha eşşəyə "eşşək" deyə xitab etməsinlər. Şir qonaqlıq bitər-bitməz sağlıq deyir, nəhayət mətləbə çatıb bildirir ki, bundan sonra heç kim eşşəyə "eşşək" deməsin. Daha sonra deyir ki, bundan sonra eşşəyə "eşşək" yox "qoduq" (eşşəyin balası) deyiləcək. Eşşək isə bu məqamda etiraz edib deyir ki, əşşi, day nə fərqi oldu axı, iki ildən sonra yenə mənə "eşşək" deyəcəklər də.
İndi qardaş, bu faydasız diktatorların da məsəli eşşək məsəli kimidir. Özləri gedir, yerlərinə balalarını, adamlarını qoyurlar, deməli köklü şəkildə dəyişiklik etmirlər. Nə fərqi var ki, keçəl həsən ya həsən keçəl. Eyni təfəkkür, eyni ideya, eyni simalar, eyni partiyalar yenə hakimiyyətdə qalıb xalqın qanını içirlər. Ata hakimiyyətdə qalıb soyurdu, indi cəhənnəm olub gedir, yerinə balasını qoyur ki, o da dədəsinin siyasi kursunu yerinə yetirirsə deməli elə eşşək məsələsidir. Bu da o deməkdir ki, əziz qazaxıstanlılar, köklü dəyişikliyə nail olun.


1936 بازدید
در حال ارسال اطلاعات...