Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2019

İlham Əliyevə deyil də dövlətə qarşı "çıxanları" dövlət deyil də İlham Əliyev niyə əfv edir?

Çox maraqlısı budur ki, azadlığa çıxan siyasi məhbusları həbs edəndə deyirdilər ki, bunlar dövlətə qarşı olan adamlardır
Əli Həsənovun "çənəsi" olan Rauf Arifoğlu da eşitsin

431 nəfərin azadlığa çıxmasından sonra İlham Əliyevi mədhlərə, yerlərə, göylərə, Nəsimi demişkən iki cahana sığdıra bilməyənlər hərə bir ucdan fürsət tapdıqca gözəgirənlik etməyə çalışsalar da hamısı girmək istədikləri yerə sığmırlar. Axı adam çoxdur. Doğrudan da İlham Əliyevin gözünə girmək istəyən insanlar sıraya düzülüblər. Bunlar fürsət tapdıqca İlham Əliyevin onlara olan bəxşişlərinin əvəzini artıqlamasıyla vermək istəyirlər.
Çox maraqlısı budur ki, azadlığa çıxan siyasi məhbusları həbs edəndə deyirdilər ki, bunlar dövlətə qarşı olan adamlardır. Məsələn MBH-nın sədri Tale Bağırzadəni və hərəkatın digər üzvlərini həbs edəndə belə deyirdilər. Güya onlar Nardaranda dövlət çevrilişinə hazırlaşırlar. İndi isə hərəkatın sədr müavinini, Nardaran hadisələrində tutulan digər iki ilahiyyatçı alimimizi azadlığa buraxıb adını qoyublar ki, İlham Əliyev bu işi görüb. Yəni tutanda deyirdilər ki, dövlət düşmənidir, buraxanda isə İlham Əliyevi öyürlər. Bilirsinizmi nə üçün belədir? Çünki tutanda desəydilər ki, filankəs İlham Əliyevə ZALIM, DİKTATOR, QANİÇƏN, OĞRU deyib onu tutblar, deyəcəkdilər əcəb edib deyib. Elə xalqın böyük əksəriyyəti bu sözü deyənlə həmfikrdir. Deməli belə deyə bilməzlər. Amma həbsdən azad ediləndə dövlətin yox, İlham Əliyevin ayağına yazırlar. Sonra "Sehirli xalat" kinosundakı zalım xanın ətrafına yığılan quyruqbulayanlar başlayırlar – biri bir qəpikdən şahı tərifləməyə. 

Qayıdaq Əli Həsənovun düşmüş "çənəsi" vəzifəsini layiqincə yerinə yetirən Rauf Arifoğluya. Adam elə bilirdi ki, İlham Əliyev ona taxta medal verməklə day bu, onun mediyada sağ əli olacaq. Amma bu xəyallarla yaşayan Arifoğlunun hədiyyəsi olsa-olsa Əli Həsənovun "Çənəsi" olmaq oldu. Qismət belədir.
Özünün andıra qalmış qəzetində İlham Əliyev və inqilab fason bir məqalə yazıb. Adam day yazıda qalıb necə girsin İlham Əliyevin gözünə. Gah Emin Millinin sosial şəbəkədəki paylaşımını dərc edir, məqalədə qeyd edir, gah Əli Kərimlinin reaksiyasını qarabaqara güdür, hələ utanmır, ölüb yerə girmir götürüb dəyərli İlahiyyatçımız Zülfüqar Mikayılzadə haqda özünün "dönər", "hanburger" bükməyə layiq olan qəzetində yazıb ki, güya ilahiyyatçı bundan ötrü İlham Əliyevə təşəkkür edib. Məqalədə elə də fərəhlənir ki, çarə olsaydı deyər ki, İlham Əliyev məni də həbs edin, sonra azadlığa buraxın görün necə jestlər edəcəyəm, daha doğrusu nə meymunluqlar göstərəcəyəm novruzqabağı. Elə meymunluqlar ki, kəçəllə-kosa yalan olacaq onun yanında. Halbuki azadlığa çıxan ilahiyyatçılar təşəkkür etməyib, Əli İnsanov deyib ki, məni ABŞ, Qərb azadlığa buraxıb, Rüfət Səfərov deyib ki, mübarizəmiz davam edir. Arifoğlu isə hey quyruq bulamaqla məşğuldur.

Arifoğlu cəhənnəm, heç olmasa utanın, azadlığa çıxma işini də gizli keçirin. Axı İlham Əliyev həqiqətən də Avropanın təzyiqlərindən qorxduğu üçün siyasi məhbusları azadlığa buraxıb. Mehmanları buraxdığı kimi bu siyasi məhbusları da qorxusundan azad edib bayramqabağı özünə jest qazanmaq istədi, amma nifrətdən başqa heç nə qazanmadı. Çünki nahaqdan tutulan insanları "qələt eləmişdim, səhvimi düzəldirəm" fikriylə azad etməli idi, o isə Qərbdən qorxduğu üçün belə etməklə bir daha sübut etdi ki, qorxaqdır.


1963 بازدید
در حال ارسال اطلاعات...