Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayının zikr və duaları (9)

Bu ayın əməllərindən biri də 10 min dəfə “Qul huvəllah” surəsini oxumaqdır
Rəcəb ayının digər mühüm əməlləri sırasında bu aya aid zikr və dualar da vardır. O cümlədən:

1. İstiğfar (bağışlanmaq istəmək)

Min dəfə desin:

استغفر الله ذالجلال و الاکرام من جمیع الذنوب و الآثام

“Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiiz-zunubi vəl-asam.”
Şeyx Səduq nəql etmişdir ki, hər kim Rəcəb ayında min dəfə bu zikri desə, Mütəal-Allah buyurar: “Əgər bağışlamasam, sizin Allahınız deyiləm, sizin Allahınız deyiləm, sizin Allahınız deyiləm.”

2. Tövhid surəsini oxumaq
Bu ayın əməllərindən biri də 10 min dəfə “Qul huvəllah” surəsini oxumaqdır. Surənin min dəfə oxunması da rəvayət edilmişdir.
Rəvayətdə gəlmişdir: “Hər kim “Qul huvəllah” surəsini min dəfə oxusa, Qiyamət günü min peyğəmbərin və min mələkin əməli ilə məhşərə daxil olar. Allaha ondan yaxın heç kim olmaz, amma bu surəni ondan daha çox oxuyan kəs, Allaha ondan daha yaxın olar.”
Başqa bir rəvayətdə gəlmişdir: “Hər kim Rəcəb ayı “Qul huvəllah” surəsini oxusa, Allah ona cənnətdə yaqut və dürdən 12 min qəsr hazırlayar, onun üçün 1 milyon yaxşı əməl yazar. Sonra buyurar: Mənim bəndəmi aparın və onun üçün hazırladığımı göstərin. Burada onun cənnətdəki evinin müvəkkillərindən on min nəfər onun yanına gələr, dürdən hazırlanmış 1 milyon qəsri və yaşıl (yaxud qırmızı) yaqutdan hazırlanmış 1 milyon qəsri onun üçün açarlar. Bu qəsrlərin hər biri dürr, yaqut, zinət əşyaları və gözəl parçalarla bəzədilib. Belə ki, Allah-təaladan başqa heç kəs onu vəsf etməyə qadir deyil. Şəxs onu görəndə heyran qalar və deyər: Bunlar kimin qəsrləridir və hansı peyğəmbər üçündür? Ona deyilər: Bunlar sənin üçündür və “Qul huvəllah” surəsini oxuduğuna görə verilmişdir.”

3. Təsbih
Bu ayda min dəfə təsbih etsin. Rəvayətdə deyilir ki, hər kim bu əməli etsə, Allah onun üçün 100 min yaxşı əməl yazar və cənnətdə ona 100 qəsr hazırlayar.

4. Təhlil
Bu ay boyunca min dəfə “La ilahə illəllah” desin.
Rəvayətdə gəlmişdir ki, hər kim Rəcəb ayında bu əməli yerinə yetirsə, Mütəal Allah onun üçün 100 min həsənə yazar və cənnətdə 100 şəhər hazırlayar.

5. Başqa bir istiğfar

Bu ayda yüz dəfə desin:

استغفر الله الذى لا اله الا هو وحده لا شریک له و اتوب الیه

“Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubə iləyh”.
Bu istiğfardan sonra sədəqə versə, Allahın rəhməti ona şamil olar, onun günahlarını bağışlayar. Hər kim bu istiğfarı 400 dəfə desə, Allah ona 100 şəhidin savabını yazar.

6. Səcdədə İmam Səccadın (ə) duasını oxumaq

Rəcəb ayı boyunca səcdədə İmam Səccad (ə) kimi bu duanı oxusun:

عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ

“Əzuməz-zənbu min əbdikə fəl-yəhsunil-əfvu min indik.”


4545 بازدید
در حال ارسال اطلاعات...