Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2019

Əfv sərəncamı – mərhəmət yoxsa mitinq və Avropa şurasının qorxusu?

Bəziləri açıq-aşkar deyir ki, İlham Əliyev, sən artistlik edirsən, bəziləri deyir nə yalandan basıb-bağlayırsan
Novruzqabağı güya əfv gözlənilir. Əfv sərəncamı əlbəttə hər ölkədə mövcuddur. Ölkənin rəhbərinin səlahiyyətlərindən biri də məhbusları əfv etməkdir. Məsələn bu yaxınlarda Suriyada Bəşər Əsəd höküməti silahlı-terrorçu qruplaşmalara qoşulan 40 min nəfər insanın azadlığa buraxılmasını təmin etdi.
Amma Azərbaycanda vəziyyət necədir? Bizim məmləkətdə məmur ordusunun, deputat yığınının dedikləri "vozduxdan" özgə bir şey deyil. Onlara xalq inanmır, küçədə hansı birisini görsə üzünə tüpürər. Elə prezidentə də inam yoxdur. Məsələn, bu yaxınlarda bir vətəndaş (əlbəttə bu cür vətəndaş çoxdur, saysız-hesabsızdır) İlham Əliyevə səslənərək deyirdi ki, mən özüm sənə 2003, 2008, 2013-də mənə qulluq edəsən deyə səs vermişdim. Vətəndaş səhv etdiyini anlayıb, peşman olub. Daha sonra prezidenti artistlik etməkdə, xalqa baxmamaqda, talançılıq, yalançılıqda ittiham etdi. Hətta hamıya bəllidir ki, İlham Əliyev regionlara səfər edəndə onun üçün əl çalan, gül verən, diş ağardan insanlar ya ora məcburi gətirilir, ya da elə həmin regionların icra başçılarına yaltaqlanan insanlardır. Az bir hissə səmimi qəlbdən ora gələ bilər ki, onlar da ya bekarçılıq olduğu üçün, ya kameralara düşmək üçün (yəni əyləncə naminə) ya da dərdlərini demək üçün gəliblər. 

Deməli, Azərbaycanda heç prezidentə də inam qalmayıb. Fikir vermisinizsə demək olar ki, prezident ölkədə ən sərt tənqidlərə, bəzən təhqirlərə məruz qalır. Bəziləri açıq-aşkar deyir ki, İlham Əliyev, sən artistlik edirsən, bəziləri deyir nə yalandan basıb-bağlayırsan. Çünki cana doyan, həyatından bezən vətəndaşlar artıq İlham Əliyevə ən "pasledni" sözləri, küçə söyüşlərini belə rəva görürlər. Başqa sözlə desək ölkəmizdəki qeyri-siyasi müxalifət xaricdə, avropa ölkələrində yaşayan və İlham Əliyevi pis-pis söyüşlərlə söyən müxalifətdən daha betər olub. Çünki artıq bıçaq sümüyə dirənib.
Bəli, güya bu yaxınlarda əfv fərmanı olacaq. Əfv edilənlər arasında müxalifət funksionerləri, hətta deyilənə görə ruhanilər, dindarlar da olacaq. Təbii olaraq da gözəgirən saytlar, qəzetlər başlayacaqlar ki, ay nə bilim bu şahın mərhəmətidir, İlham Əliyev rəhmli insandır və s. və i.a. Bu deyilənlər gözəgirənlərin köhnə adətidir. Amma siz güya əfv olunacaq insanların həbs müddətinə baxsanız görəcəksiniz ki, əksəriyyəti illərdir həbsxanada çürüdülmüş insanlardır. Onsuz da bir-iki ilə həbsdən azad ediləcəkdilər. Təbii ki, içlərində elələri (demək olar ki, hamısı) İlham Əliyevin onlara zülm edib həbsə saldığını düşünür. Bəli, xalq da belə düşünür. Xalq gözəl bilir ki, bu insanların İlham Əliyev ömrünü yeyib. İlham Əliyev bu insanları günahsız yerə çürütdüyü üçün gün gələcək cavab verəcək. Onun ilahi hesabı qiyamət gününə qalıb. Amma bu dünyda İlham Əliyevin "əfv fərmanına" ancaq gözəgirən zümrə əfv kimi baxır, onun xalqdan aldığı əvəz isə "nahaq yerə həbs etmişdin, səhvini anlayıb azad edirsən" oldu.
Siz elə bilməyin ki, İlham Əliyev onları həqiqətən də əfv edir. Əsla. Sadəcə iki cəhətdən bunun qaçılmaz olduğunu düşünür. Biri budur ki, artıq Milli Şuranın keçirdiyi son mitinqindən sonra başa düşüb ki, xalqı bundan artıq bezdirmək olmaz. Görmürsünüz ki, ondan sonra BİH mitinqlərə icazə vermir. Bütün bunlar birbaşa İlham Əliyevin əmriylə yerinə yetirilir. İkincisi isə Avropa Şurasının qınaqlarından və hədələrindən qorxub çəkindiyi üçün belə edir.
Azadlığa buraxılacağı planlaşdırılan hər bir məhbus isə elə Əli İnsanov kimi İlham Əliyevin onlardan üzür istəməli olduğu etiqadındadır. 

Son olaraq deyək ki, İlham Əliyev və onun ətrafı elə güman edir ki, azadlığa buraxacağı insanlar onun nökəri olmağa başlayacaq. Bəli, ara-sıra belə insanların şahidi olmuşuq. Pul, vəzifə, qorxu gücünə İlham Əliyevin maşası olan Arifoğluları, Azər Həsrətləri, Elşən Musayevləri, Zahid Orucları və sairləri görmüşük. Amma belə olduğu halda belə İlham Əliyev yenə gözdən düşür. Çünki xalqa məlum olur ki, İlham Əliyevlə barışsa-barışsa ancaq bu cür insanlar barışa bilər. Pula, vəzifəyə, yaxşı həyata, ordenə aldanan simalar. Daha doğrusu simasızlar.


1930 بازدید
در حال ارسال اطلاعات...