Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2019

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynəlabidindir (ə).

Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi.

Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.

Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və Xanım Zəhranın (s) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin (ə) imamət dövrü 18 il olmuşdur.

İmam məhəmməd baqirin (ə) kəlamında kamil insan

Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayacaq

Ayətullah əl-üzma Cəfər Sübhani Əzəm məscidində keçirilən xaric üsul dərsində İmam Məhəmməd Baqirin (ə) buyurduğu bu hədisi nəql edib:

“Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayacaq: Allah yolunda gecələr oyaq qalıb yatmayan göz; Allah qorxusundan ağlayan göz; Allahın haram buyurduqlarına baxmamaq üçün yumulan göz”.
Böyük fəqih deyib ki, İmam Baqir (ə) bu qısa kəlamı ilə xəlvət və aşkarda əməl olunması lazım olan əxlaq proqramını açıqlayıb və əməli əxlaqı bizə öyrədib.
Təqlid mərcəsi həmçinin vurğulayıb: “Kamil insan o kəsdir ki, proqramı olsun və İmam Baqir (ə) bu proqramı bizə tövsiyə edib”.


7517 بازدید
در حال ارسال اطلاعات...