Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayının müraqibətləri (1)

Bu gün Allahın rəhmətinin zühur etdiyi gündür.
Rəcəb ayının şərafətli olması

Rəcəb ayı çox şərafətli bir aydır. Bunun bir neçə səbəbi vardır:

1. Haram (hörməti saxlanılması vacib) aylardandır.
2. Dua etmək vaxtlarındandır, hətta cahiliyyət dövründə də bu məsələ məşhur olub və camaat o dövrdə dua etmək üçün Rəcəb ayının gəlişini gözləyirdi.
3. Rəcəb ayı Əmirəlmöminin Əlinin (ə) ayıdır. Necə ki, rəvayətlərə görə, Şəban Peyğəmbərin (s) və Ramazan Mütəal Allahın ayı sayılmışdır.
4. Onun birinci gecəsi ibadət edərək oyaq qalınması təkid olunmuş dörd gecədən biridir.
5. Bu ayın ortasındakı gün barədə gəlmişdir ki, həmin gün Allahın yanında ən sevimli gündür və “İstiftah” (Ummu Davud əməli də deyilir.) əməlinin vaxtıdır. İstiftah əməli barədə geniş söz açacağıq.
6. Bu ayın iyirmi yeddinci günü Rəsuli-əkrəmin (s) məbəs günüdür. Bu gün Allahın rəhmətinin zühur etdiyi gündür. Elə bir rəhmət ki, xilqətin əvvəlindən indiyə kimi onun misli görünməmişdir.
Bunlar Rəcəb ayının fəzilətlərinin az bir hissəsidir və biz bu şərəfli ayın bütün fəzilətlərini dərk etməyə qadir deyilik.


2965 بازدید
در حال ارسال اطلاعات...