Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2024

İki dünya Xanımının (s.ə) mövludu mübarək!

İki dünya xanımı və Peyğəmbərin (s) gözünün nuru olan Həzrət Faimeyi-Zəhra (s.ə) besətin 5-ci ilində Cəmadius-sani ayının 20-də cümə günü dünyaya gəlmişdir.

Xanımın (s.ə) dünyaya gəldiyi məkan - Məkkədə, Həzrət Xədicənin (s.ə) yaşadığı evdir. Bu ev əczaçılar küçəsində yerləşirdi. Peyğəmbər (s) hicrətə qədər bu evdə yaşamışdır. Bu ev dəfələrlə vəhy mələyinin nazil olmasına şahid olmuşdur. Bu ev sonralar məscid kimi fəaliyyət göstərmişdir.

Bu ev Peyğəmbərin (s) yaşadığı və Həzrət Zəhranın (s.ə) dünyaya ilk gözünün açdığı məkan olduğu üçün müsəlmanlar arasında böyük mənəvi və müqəddəs məqama malikdir. Ona görə də nə zaman Məscidul-həramı genişləndirərdilər, bu evi də təmir edərdilər.

Həzrət Xədicənin (s.ə) hamiləlik dövrü keçir və yükünü yerə qoymaq zamanı gəlib çatır. Xanımın (s.ə) sancıları başlayan zaman Qureyş qadınlarına ona yardım etmələri üçün xəbər göndərir. Ancaq Qureyş qadınları ona mənfi cavab verib, yardıma gəlmədilər. Onlar Xanım Xədicənin (s.ə) Peyğəmbərlə (s) ailə qurmasına qarşı idilər və elə buna görə də ondan uzaqlaşmışdılar.

Həzrət Xədicə (s.ə) bu cavabdan çox pərişan olur. Elə bu zaman otağa dörd hündür boylu qadın daxil olur. Xanım (s.ə) bu mənzərini görən zaman xoflanır. Lakin onlar xanımı sakitləşdirib deyirlər: “Ey Xədicə! Qəmgin olma və qorxma! Biz sənin yanına Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən - İbrahim Xəlilin (ə) həyat yoldaşı Sarayam, bu, Fironun həyat yoldaşı Asiyadır. Onlardan biri - İmranın qızı Məryəmdir (s.ə). Dördüncümüz isə Şuəybin qızı Səfuradır”.

Bu zaman həmin dörd banu Xanım Xədicənin (s.ə) dörd tərəfində qərar tutdular. Həzrət Xədicə (s.ə) də övladını dünyaya gətirdi. Bu körpədən elə bir nur saçırdı ki, şərq və qərbi bürüdü. Elə bir nur ki, Məkkə qadınlarına yol göstərdi və hamını xeyirə çağırdı. Ondan sonra ona yaxın mələk Kövsər suyu ilə dolu təşt ilə göydən endi. Həzrət Xədicənin (s.ə) qarşısında dayanan banulardan biri dünyaya gələn körpəni həmin suda yudu. Ona süddən də ağ və ənbərdən də xoş ətirli libas geyindirdi. Sonra əlini körpənin dodaqlarına qoyub, danışmasını istədi. Həzrət Fatimə (s.ə) mübarək ağzını açıb danışdı və kəlmeyi-şəhadəti buyurdu:

اشهد ان لا اله اللَّه و اشهد ان محمد رسول‏اللَّه سيدالانبياء و ان بعلى سيدالاوصياء و ولدى سادة الاسباط.

Sonra bu banulardan hər birinə salam verdi və onlar da körpənin bu salamını gülərüzlə aldılar və cavab verdilər.

Mələklər onun dünyaya gəlmə xəbərini ərşə apardılar. Göydə elə bir nur əmələ gəldi ki, səma əhli indiyə qədər bu qədər parlaq nur görməmişdilər. Banular Həzrət Xədicəni (s.ə) körpəsinə görə təbrik etdilər və pak nəslindən söz açdılar. Həzrət Xədicə (s.ə) böyük sevinclə körpəsini qucağına aldı və ona süd verdi. (Avini)

Qısa ömrünə baxmayaraq, bütün müsəlman qadınlar üçün kamil örnək olan Həzrət Zəhra (s.ə), öz gəlişi ilə Peyğəmbərin (s) ürəyini və dünyanı nurlandırdı. Atası üçün həm sirdaş və həm də bir ana oldu. Həyat yoldaşı üçün ən yaxın və sədaqətli dost, habelə vilayətin müdafiəçisi oldu.

Mövludun mübarək, ya Zəhra (s.ə)!

Mövludun mübarək, ya Siddiqə (s.ə)!

Mövludun mübarək, Əmirəlmömininin (ə) sirdaşı və 11 İmamın (ə) anası!


15625 بازدید
در حال ارسال اطلاعات...