Onlar, bəndələrin iki daxili hidayət nurunu – yəni zəka və fitrəti – çiçəkləndirməklə yanaşı özləri də onları yaxşılıqlara yönləndirirlər.
Hidayət etmək
يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُنِيرًا
"Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik)." (Əhzab, 45-46).
İzah: Peyğəmbərlərin (ə) göndərilməsinin ən mühüm hədəfi insanları cəhalət və savadsızlıq zülmətindən nur və kamala doğru hidayət etməkdir. Onlar, bəndələrin iki daxili hidayət nurunu – yəni zəka və fitrəti – çiçəkləndirməklə yanaşı özləri də onları yaxşılıqlara yönləndirirlər. Yuxarıdakı ayələrdə bu hədəfə işarə olunmuş və Peyğəmbər (s) bəşəriyyətin nur saçan hidayət çırağı kimi təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, Allah elçilərinin mövcudluğunun digər elmi-tərbiyəvi hədəfləri də vardır ki, mövzunun davamında onların bəzisini diqqətinizə çatdıracağıq.
Hədis: İmam Sadiq (ə):
“Allah peyğəmbərləri (ə) göndərdi ki, xalqı (etiqad və əməldə) Allaha inanmağa səsləsinlər.” (İləlüş-şərai, səh. 121, hədis: 5).