Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2019

Qəlbin imana fitri meyli

Əgər fitrət nurunu öz vücudlarında söndürməmişlərsə, bütün insanların fitrəti Allahı axtarır...
وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ

"Bilin ki, Allahın elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə tabe olsaydı (güzəştə getsəydi), çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır." (Hucurat, 7).

İzah: Qeyd olunduğu kimi, iman ilahi bir nemətdir. Belə ki, Allah onu bəndələrinin ləyaqətinə uyğun olaraq onlara bəxş etmişdir. Yuxarıdakı ayəyə görə, Allah Öz lütf və hikmətinin tələbi olaraq insanı elə yaratmışdır ki, - Vahid Allahın varlığına etiqaddan əlavə - Allahın varlığına inam da onun daxilində yer almış və sevimlisinə çevrilmişdir. Beləliklə, əgər fitrət nurunu öz vücudlarında söndürməmişlərsə, bütün insanların fitrəti Allahı axtarır və Allaha inanır. Həmçinin, insan təbiəti küfrü, fəsadı və günahı sevmir.

Hədis: İmam Sadiqdən (ə) sevgi və nifrət haqqında soruşduqda buyurdu: "“İman (Allah adına) dostluq və düşmənçilikdən başqa bir şeydirmi?” Sonra yuxarıdakı ayəni oxudu." (Kafi, c. 2, səh. 125, hədis: 5).


2000 بازدید
در حال ارسال اطلاعات...