Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2018

İmam Zaman (ə) ilahi ehtiyatdır

Allah onu bəşəriyyətin hidayəti üçün saxlamışdır
بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ

"Əgər möminsinizsə, (bilin ki,) Allahın saxladığı sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm." (Rum, 30).

İzah: Həzrət Mehdinin (ə) məşhur ləqəblərindən biri “بَقِيَّتُ اللَّهِ” (Bəqiyyətullahdır). Bu ləqəb yuxarıdakı ayədən götürülmüşdür. Bu ayə həzrət Şüeybə (ə) ümmətinin baha satanları ilə bağlı xəbərdarlıq edilməsinə işarə edir. Bu ayədə “Bəqiyyətullah” dedikdə halal və Allahın bəyəndiyi bir sərmayədən insana qalan gəlir və mənfəət nəzərdə tutulur. Bu ifadə bir çox rəvayətdə həzrət Mehdinin (ə) mübarək vücuduna uyğunlaşdırılmışdır. Çünki Allah onu bəşəriyyətin hidayəti üçün saxlamışdır.

Hədis: İmam Baqir (ə): “Həzrət Mehdinin (ə) öz qiyamından sonra ilk deyəcəyi ayə bu olacaq. Sonra deyəcək: “Mən Allahın saxladığıyam. Mən sizin aranızda Onun höccəti və xəlifəsiyəm”. Bundan sonra hər kəs ona: “Salam olsun sənə, ey Allahın yer üzündə saxladığı!” – deyə salam verəcək.” (Kəmalud-din, c. 1, səh. 331, hədis: 16).


5664 بازدید
در حال ارسال اطلاعات...