Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2018

Seyid ibn Tavusun öz oğluna vəsiyyətindən-Ailə qurmaq bölməsi

Bil ki, həyat yoldaşın sənin soyundan övlad dünyaya gəlməsinə yardımçı olacaq
Oğlum Məhəmməd! Allah sənin qəlbini Öz zikri və nuru ilə doldursun. 

Həyat yoldaşına ehtiyacın olduqda bil və düşün ki, səni qafil edən şəhvət xəyallarından uzaq olmaqda o, sənin köməkçindir. Sənin Ağan və Mövlan (cəllə cəlaluh) onun vasitəsilə səni günah və günaha çəkən ləzzətlərin zəhərindən sağlam saxlamışdır.
Bil ki, həyat yoldaşın sənin soyundan övlad dünyaya gəlməsinə yardımçı olacaq. Allah sizi Ona ibadət, itaət, xidmət, təsbih, təqdis və təzim edəcək, Onun peyğəmbəri Məhəmmədin (s) sünnə və şəriətini qoruyacaq, insanları onun dininə dəvət edəcək övladlar yaranmasına vasitəçi qərar vermişdir.
Peyğəmbər (s) o övladlar vasitəsilə başqa ümmətlərə fəxr edəcək, hətta (dünyaya gəlməmiş) siqt olmuş olsalar belə. 

Övladların kiçik yaşlarında dünyadan getsələr də sənin üçün axirət zəxirəsi olacaqlar.
Əgər bu nikahda sizin məqsədiniz Allahın əmrini yerinə yetirmək, Onun məhəbbət və razılığını qazanmaq olsa, yaşayan övladların da ibadət və itaət əhli olsalar, onların əməllərində sənin də payın olacaq və bu pay sənin əməl kitabında yazılacaq.
Həyat yoldaşınla torpaq təbiəti və heyvanlıq adətinə uyğun olaraq yaxınlıq etmə. Çünki bu hərəkət ən çirkin əməllərdən biridir. Bu yaxınlıqda sizin niyyətiniz Allahın əmrini yerinə yetirmək, Peyğəmbərin (s) bunu əmr etməkdə istəyinə uyğun olmalıdır.

Əgər heyvani şəhvətin sənə qalib gəlməsindən qorxsan, həyat yoldaşınla xəlvətə çəkilməzdən öncə, Mütəal Allahdan istə ki, sənə ilahi inayətlər etsin. Mən “Fəthul-əbvab bəynə zəvil-əlbabi və bəynə rəbbil-ərbab” kitabında bu barədə yazmışam.


3884 بازدید
در حال ارسال اطلاعات...