Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2018

Təvəkkül

Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçirlər
...وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ

"Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini (dilədiyinə) çatdırır." (Talaq, 3).

İzah: Quranın bir çox ayəsi təvəkkülün fəzilətinə və möminlərin təvəkkül etməsinə həsr edilmişdir. Təvəkkül o deməkdir ki, insan bütün həyat məsələlərində Allaha dayanır və Onu öz vəkili edir. Bu səbəbdən də təvəkkül ilahi övliyaların ən yüksək məqamlarındandır. Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçirlər. Təvəkkül əslində əfali tövhidə inamın praktiki nəticəsidir. Əfali tövhid o deməkdir ki, aləmdə yeganə təsiredici qüvvə Allahdır. Onun heç bir yardımçısı və köməyi yoxdur. Həmçinin, heç kim onunla mübarizə apara bilməz. Əlbəttə, məlumdur ki, təvəkkül heç də insanın qazanc əldə etmək üçün təbii səbəbləri nəzərə almaması, Allah yardım edəcək deyə səy göstərməməsi demək deyil. Əksinə, təvəkkül Allahın yardımına əmin olmaq deməkdir. Onun nişanəsi uğur və uğursuzluqlarda Allahın təqdirinə razı olmaqdır.

Hədis: İmam Cavad (ə): “Allaha etimad (və təvəkkül) hər bir dəyərli şeyin qiyməti, hər bir yüksəkliyə qalxmaq üçün nərdivandır.” (əd-Durrətül-bahirə, səh. 40, hədis: 131).


3787 بازدید
در حال ارسال اطلاعات...