Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2018

Günahdan çəkindirən

Namaz hər kəsi onun qayda və şərtlərinə riayət etdiyi qədər günahdan uzaq saxlayır
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

"Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir." (Ənkəbut, 45).

İzah: Daha öncə də deyildi ki, namaz insanı pisliklərdən çəkindirir. Belə bir sual yarana bilər ki, namazın belə bir hikməti olduğu halda nə üçün bəzi namaz qılanlar hər cür günahı işləyir və pis əməllər edirlər? Bu suala cavab vermək üçün nəzərə almaq lazımdır ki, birincisi namaz onları da daha pis günahları işləməkdən çəkindirir. Yəni namaz hər kəsi onun qayda və şərtlərinə riayət etdiyi qədər günahdan uzaq saxlayır. İkincisi, namaz günahdan uzaq qalmağa zəmin hazırlayır. Amma ola bilər ki, bəzi namaz qılanlar özlərini bu uyğun zəmini görməzliyə vurur və günah edirlər. Başqa sözlə, namazın təbii tələbi günahdan uzaq olmaqdır. Amma ola bilər ki, bəziləri bu tələb qarşısında maneələr uydurur və onun təsirini aradan qaldırırlar.

Hədis: İslam peyğəmbəri (s): “Beş namaz ümmətim üçün evlərinin qabağından axan təmiz (duru) su kimidir. Əgər bir nəfər hər gün beş dəfə bu suda yuyunsa, sizcə onun bədənində aludəlik və çirkinlik qalarmı?” (Təhzibul-əhkam, c. 2, səh. 237, hədis: 938).


2164 بازدید
در حال ارسال اطلاعات...