Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2018

Avtobusda siqaret qadağası və ağır qəzaların səbəbi

Bizim ölkədə normal dolanmaq həmişə problemli məsələdir. Bu problemin öz həllini tapmaması isə ən böyük problemdir.
Söz gəzir ki, Azərbaycanda avtobuslarda sürücülərin siqaret çəkməsini qadağan edəcəklər. Kaş ki, bu söz gəzməklə kifayətlənməzdi, əməl olunardı. Əlbəttə bizdə bir qanun qüvvəyə minməzdən qabaq qulaqlarımızı günlərlə "mazol" edir, bilmək istəyirlər ki, görəsən bu xalqın bu məsələyə olan münasibəti necədir? "Paraşa" kimi bu xəbər dolaşır xalqın içində, dükandan vurub avtobusdan çıxır. Amma məncə buna heç ehtiyac da yoxdur, çünki xalqımız maşallah "quzu balasıdır", nə desən səsi çıxmır. Səssiz-səmirsiz qanun çıxaranların dədəsini söyə-söyə qanuna əməl edir.
Siqaret qadağası qanunu isə yaxşı təşəbbüsdür. Heç olmasa bir ictimai yerdə də olsa insanlarımız zəhərlənməz. Əslində görünür bu boydana dövlət adicə şirkət müdirindən görün nə qədər dala qalıb. Məsələn çox şirkətdə, nə bilim böyük ticarət mərkəzlərində yazıb vururlar ki, burda siqaret çəkmək qadağandır. "No smoking" sözü ki, hətta məncə adicə ibtidai sinif şagirdinə də məlumdur. Amma dövlət, dövlət deyəndə ki, məmurlar və onların sözləriylə oturub duran deputatxana işçiləri siqareti tamam-kamal qadağan edə bilmir. Çünki külli miqdarda gəlir əldə edirlər. İndi axtarış aparıb yoxlasan məlum olar ki, siqaret hansısa nazirin manapolyasındadır. Digər tərəfdən də dövlətin heç də sağlam olmayan yaxud da sapa-sağlam adamı vurub bədbəxt edən, sağ ayağının yerinə sol ayağını kəsib doğrayan Səhiyyə Nazirliyi siqaret qutularının üstünə "siqaret çəkmək sizin sağlamlığınıza ziyandır" kimi yazılar yazıb vurur. Yazının yanına da sıradan çıxmış ciyər şəkli qoyublar. Heç olmasa bu şəkildən ibrət almayan siqaret çəkənlər baxıb iyrənsinlər, ödləri ağızlarına gəlsin, bəlkə bu yolla tərgidərlər.
Çox qəribə olub camaatın halı. Doğrudan da siqaret çox axmaq icaddır. Yekə-yekə kişilərin barmaq boyda içində tütün qoyulmuş bükülmüş kağızı iki-üç dəqiqə içində içinə çəkib özünü bədbəxt edir. Bundan böyük intihar ola bilərmi? Siqaret elə axmaq şeydir ki, insan küçədən keçəndən çörək istəməz, amma siqaret istəyir.
Bizim ölkədə normal dolanmaq həmişə problemli məsələdir. Bu problemin öz həllini tapmaması isə ən böyük problemdir. Deməli təsəvvür edin ki, pis dolanışıqdan əziyyət çəkən, hətta bəlkə özünü yandırmaq həddinə çatan insan da balasının boğazından kəsib gedir siqaret alıb çəkir. Bir ay bundan sonra dostunun toyuna çağırılan fikir edir ki, toya pulu hardan tapıb salsın. Özü də siqaret çəkə-çəkə fikr edir. Bədbəxt oğlu daha qanmır ki, bir ay ərzində hər gün siqaretə verdiyi 2-3 manat pulu yığsa toya heç olmasa yox yerdən əlli manat pul sala bilər.
Düzdür, siqareti tərgitmək çətin məsələdir. Bir "anektodda" deyirlər ki, bir kişi siqareti tərgitmək istəyən dostlarına deyir ki, siqareti tərgitməyə nə vare, çox asandır. Allah haqqı mən özüm indiyə qədər əlli dəfə tərgitmişəm.
Köhnə nəsil yaxşı xatırlayar, Qorbaçovun vaxtında araq qadağan edilən yerlərdə camaat spirtə olan tələbatını rəng, ayaqqabı mazı və s. vasitələri iyləmək, yemək, nə bilim yeməyə, çaya qatıb içməklə təmin edirdi. Siqaret də çox böyük bəladır.
Amma təkcə avtobus sürücüləri üçün deyil, bütün insanlar üçün heç olmasa siqaretin sayını azaltmaq üçün dövlət ciddi cəhdlə çalışmalı, təsirli dövlət proqramı hazırlamalıdır. Bu isə müvafiq qurumların öhdəsinə düşür. Nə bilim e həkimlərlə məsləhətləşsinlər, birdən-birə edə bilməsələr də yavaş-yavaş siqaretin sayını azaltsınlar. Televizyada elan versinlər ki, kim bizə gün ərzində bir qutu siqaret gətirsə ona pul hədiyyə ediləcək, maaşı artılacaq. Amma bu cür olmasın ki, verilən pula gedib iki qutu siqaret alsınlar, birini çəkib digərini gətirib yenə iki qutu siqaretin pulunu alsınlar. Belə olsa bu vəziyyətə nə cigərlər, nə də dövlət tab gətirə bilməz.
İndi xəbərlərdə məsul şəxslərin dəvət edilib ölkədə baş verən ağır qəzaların səbəblərini onlardan soruşurlar. İndi biz desək ki, nəinki siqaret, nəinki yol qəzası, ümumilikdə bütün fəsadların mənbəyi insanların günahlarıdır, yenə bir "mız" qoyan tapılacaq. Halbuki müqəddəs kitabımız buyurur ki, suda və quruda baş verən fəsadlar insan əməyinin (günahlarının) nəticəsidir. Bütün günü televizorlarımız tərbiyəsiz insanların, yalançı falçı, saxrakar ekstrasenslərin, qeyrət düşməni olan şou-biznesin, səviyəsiz tiplərin əlində olsa vəziyyət bu cür olacaq. Siz nə gözləyirdiniz? Gözləyirdiniz ki, qeyrətsizliyin təbliğ edildiyi ölkənin camaatı mələk olsun? Vəziyyətdən çıxış yolu axtarın. Bəlkə onda itirilmiş dürüstlüyümüzü az da olsa bərpa edə bildik.


4111 بازدید
در حال ارسال اطلاعات...