Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2018

Əhli-beytin (ə) fəzilətləri

Bu ayə İmam Əli (ə) üçün ən üstün fəziləti sübuta yetirir.
Mubahələ ayəsi

فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
"Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək.”" (Ali-İmran, 61).

İzah: “Mubahələ” ayəsi Əhli-beytin (ə) fəziləti və üstünlüyü haqqında Quranda keçən ən mühüm dəlil və onların haqq olmasını göstərən ən aydın sənəddir. Belə ki, imamlar (ə) da bir çox elmi mübahisələrdə ona istinad etmişlər. Bu ayə Nəcran xristianları ilə İslam peyğəmbəri (s) arasında baş verən bir hadisə ilə bağlıdır. Qərara almışdılar ki, öz dinlərinin haqq olmasını sübuta yetirmək üçün bir-birlərinə nifrin etsinlər və Allahdan əzab diləsinlər. Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseynlə (ə) birlikdə mübahələyə hazır oldu. Amma xristian rəhbərləri Peyğəmbərin (s) əminliklə ən əziz ətrafını mübahələ üçün gətirdiyini görüb mübahələ etməkdən imtina etdilər. Bu ayə İmam Əli (ə) üçün ən üstün fəziləti sübuta yetirir. Çünki onu Peyğəmbərin (s) özü olaraq təqdim edir. Buna görə də o həzrətin (ə) məqamı (digər) peyğəmbərlərdən də üstündür.

Hədis: İmam Rza (ə): “Bu elə bir imtiyazdır ki, kimsə onda Əhli-beyti (ə) önləməmişdir. Elə bir fəzilət və şərəfdir ki, kimsə ona nail olmamışdır.” (Üyuni-əxbari-Rza, c. 1, səh. 232, hədis: 1).


4211 بازدید
در حال ارسال اطلاعات...