
يَوْمَ تُبْلَى السَّرَائِرُ
"Sirlərin aşkar olacağı gün." (Tariq, 9).
İzah: Qiyamət günü pərdələr çəkiləcək və insanın gizlinləri hər kəsə aşkar olacaq. Bu aşkara çıxmaq möminlər üçün fəxr, günahkarlar üçün isə utanc səbəbi olacaq.
Hədis: İslam peyğəmbəri (s):
“Əməllərini islah et və daxilini təmizlə. Çünki Allah buyurur: “Əməl dəftərlərinin açılacağı və rüsvayçılıqların aşkara çıxacağı gündən qorxun.” (Məkarimul-əxlaq, səh. 457).