Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2018

Əhli-beyt (ə) ilahi nurdur (Nur ayəsi)

Allah dilədiyini Öz nuruna yönəldir
اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُورٌ عَلَىٰ نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ


"Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir (ki, həqiqətləri anlasınlar). Allah hər şeyi Biləndir." (Nur, 35).

İzah: Nur ayəsi bir sıra təmsilləri ehtiva edir ki, Əhli-beyt (ə) rəvayətlərinə nəzərən məqsədin nə olduğu aydın olur.

Hədis: İmam Sadiq (ə) bu ayədə sözü gedən ifadələri belə izah etmişdir: “Taxça” Fatimədir (ə). “Çıraq” Həsəndir (ə). “Şüşə” Hüseyndir (ə). “Sanki inci kimi bir ulduzdur”, yəni Fatimə (ə) dünya qadınları arasında inci kimi bir ulduzdur. “Mübarək ağac” həzrət İbrahimdir (ə). “Nə şərq və nə qərb”, yəni nə xristianlıq, nə də yəhudilik. “Sanki işıq saçır”, yəni sanki elm oradan qaynayacaq. “Nur üstündə nurdur”, yəni imamlar bir-birinin ardınca ondan törəyəcək. “Allah dilədiyini Öz nuruna yönəldir”, yəni Allah istədiyini imamlara yönəldir.” (Kafi, c. 1, səh. 115, hədis: 5).


2273 بازدید
در حال ارسال اطلاعات...