Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2018

Cahilin yekəsi Quranda cəhalət axtarır

Belə hünərlisən, çıxın milli məclisdə təklif verin ki, gəlin idarəçilikdə Qurana söykənək, Quran qanunlarını tətbiq edək
İtib-batmış, məhv olmuş siyasətçilər, partiya üzvləri tez-tez səfeh-səfeh təkliflərlə gündəmə gəlirlər. Məsələn, elə bir neçə gün bundan öncə bu cəhalətin Fazil Qəzənfəroğlu versiyasını görmüş olduq. O da siyasətdə zibilliklərə gömülən, fotoları zibil qutularına vurulan insandır. Ondan sonra isə partiyasının adı “vəhtəd” olan, təklifində isə parçalamaq, bölmək, ayırmaq təzahürləri olan “Vəhdət” partiyasının sədr müavini cahilanə təklif edib. Vasif Əfəndi deyir ki, İslamın yenilənməyə ehtiyacı var. Adam o qədər düşükdür ki, anlamır ki, sən bir nəfər bir dinin nəyə ehtiyaclı olduğunu deyə bilməzsən. Sən ən azından şəxsi həyatındakı, partiyandakı yeniləmələrə başlaya bilərsən. Sən kimsən ki, Allahın dininin adından danışırsan?

Özü də deyir ki, Nadir şahın üslubundna istifadə etmək lazımdır. Nadir şahın üslubu isə - özünün də qeyd etdiyi kimi – məzhəbçiliyi ləğv edib Qurana istinad edən dövlət yaratması olub. Belə hünərlisən, çıxın milli məclisdə təklif verin ki, gəlin idarəçilikdə Qurana söykənək, Quran qanunlarını tətbiq edək. Amma nədənsə adam təklifində ənənəvi məzhəbdən sonra meydana çıxan vəhhabiyyətin, nurçuluğun, quranilərin ləğvindən danışmır. Üstə gəl əgər Nadir şah Qurana istinad edibsə, Vasif Əfəndi nə deyir? Deyir ki, Quranın mütərəqqi ayələrindən ibarət kiçik Quran tərtib eləmək lazımdır. Bu Quranda ancaq barışığa və inkişafa səsləyən ayələr olmalıdır. Şiddət və cəhalətə səsləyən ayələr çıxarılmalıdır. Yenə zavallı olduğu bir daha ortaya çıxır. Çünki səfeh birinci növbədə Nadir şahın üslubundan istifadəni doğru hesab edir. Onun üslubu isə Qurana istinad etmək olub. Vasif Əfəndi kimi Quranın bəzi ayələrini saxlayıb, bəzisini kənara qoymaq kimi axmaq təkliflərə istinad etməyib. İkincisi, bu düşük sədr müavininə demək lazımdır ki, cahil sənsən ki, Nadir şahdan ibrət almağa çağırdığın halda onun etmədiyi bir işi təklif edirsən. Yəni adamıən nümunə olaraq qeyd etdiyi nadir şahın etdiyi ilə özünün irəli sürdüyü təklif heç uyuşmur. Cahilin yol verdiyi ikinci səfehlik bundan ibarətdir ki, Quranda şiddətə çağıran, cəhaləti təbliğ ayələrin olduğunu iddia edir, halbuki özünün təklifində şiddət var. Zorla müsəlmanları həqiqi Allah kəlamından ayırmağa, sonradan tərtib edilmiş “naqis kitab”a əməl etməyə çağırır. Bundan böyük cəhalət, şiddət, səfehlik ola bilərmi?

Daha sonra deyir ki, bir də Fransa kralı Navarskinin üslubundan istifadə etmək lazımdır. Nədir onun təcrübəsi? Katoliklərlə protestantları barışdırmağa çalışıb. Amma Frans kralından fərqli olaraq Vasif Azərbaycanda müxtəlif məzhəblərin olduğunu bildiyi halda bu məzhəb adamlarını barışdırmağa yönəlik cəhdlərini görməmişik. Məsələn, Fazil Mustafa şiələri təhqir edəndə onu bu işdən çəkindirməmiş, arada barışıq, vəhdət üçün vasitə rolunu oynamamışdır.

Sonra deyir ki, ölkədə kifayət qədər Quran var, oxumaq istəyən özü üçün bunu etməlidir. Əgər ölkədə (kamil sürətdə) Quran varsa onda siz nə qələt edib camaata ağıl öyrədirsiniz. İmkan verin camaat Quranını oxuyub mənəviyyətini, elmini zənginləşdirsin.

Bu cür adamlara desən ki, Quranda şiddət və cəhalət hardadır, cəhalətləri o saat meydana çıxar. Bunların bütün məqsədi Azərbaycanda dindarlar arasında ixtilaf yaratmaq, fitnələrini Azərbaycanda həyata keçirmək istəyirlər.


7907 بازدید
در حال ارسال اطلاعات...