Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2018

Zikr və Allahı yad etmək

Allah ən üstün ilahi nemətlərini zikr edənlərə nəsib etmişdir
Çox zikr etməyə dəvət

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا


"Ey iman gətirənlər! Allahı tez-tez yada salın! Səhər-axşam Onun şəninə təriflər deyin! Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhimlidir." (Əhzab, 41-43).

İzah:
Daha öncə insanın əxlaqi yüksəlişinin və inkişafının bəzi mühüm amillərinə işarə olundu. Zikr və Allahı yad etmək də bu amillərdən biridir. Əksər əxlaq alimləri seyri-sülukun əsas addımını “yəqzə” – qəflət yuxusundan oyanmaq və Allahı xatırlamaq hesab etmişlər. Bütün ibadətlərin arasında heç bir sərhəd tanımayan və ifratın anlamsız olduğu yeganə ibadət Allahı yad etməkdir. Məlumdur ki, zikr və Allahı yad etməkdə məqsəd yalnız dillə zikr etmək, Allaha tərif demək deyil. Əksinə, qəlbən zikr etmək və ya bütün diqqətini can-dildən Allaha yönəltmək Onu dillə zikr etməkdən daha mühümdür. Yuxarıdakı ayəyə görə, Allah ən üstün ilahi nemətlərini zikr edənlərə nəsib etmişdir.

Hədis:
İmam Sadiq (ə): “Hər şeyin sona yetdiyi bir hədd vardır. Allahı yad etməyin isə heç bir həddi və sonu yoxdur.” (Kafi, c. 2, səh. 498, hədis: 1).


4226 بازدید
در حال ارسال اطلاعات...