Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2018

Valideynlərə yaxşılıq

llah-Taala bəndələrini ata-anaya ən kiçik hörmətsizlikdən çəkindirir...
وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا


"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de." (İsra, 23-24).

İzah: Qurani-kərimin üç ayəsində tövhid və Allaha pərəstiş əmrindən sonra ata-anaya yaxşılığa əmr edilmişdir. Bu, sözügedən əxlaqi fəzilətin böyük önəmini göstərir. Allah-Taala bəndələrini ata-anaya ən kiçik hörmətsizlikdən çəkindirir və təkid edir ki, övladlar hər halda, xüsusilə valideynlər qocalıb əldən düşdükdə onlarla təvazökarcasına davranmalıdırlar.

Hədis: İmam Əli (ə): “Ata-anaya yaxşılıq etmək ən böyük ilahi vəzifədir” (Qürərul-hikəm, c. 3, səh. 259, hədis: 4423).


6256 بازدید
در حال ارسال اطلاعات...