Bu dualarda fəsahətli, bəlağətli, eşq, məftunluq, şövq dolu ifadələr dalğalanır
Dua mövzusunda son söz nəql olunan dualardır. İmamlardan (ə) bizə gəlib çatan dualar ən yaxşı dualardır. Birincisi, bu dualarda bir sıra istəklər yer almışdır ki, bizim kimilərin zehnindən belə keçmir. İnsan onları Allahdan imamların (ə) dili ilə istəyir. "Əbu Həmzə Sümali", "İftitah" və "Ərəfə" duasında insan üçün ən yaxşı istəklər, diləklər ortaya qoyulmuşdur ki, əgər insan onları Allahdan istəyib alsa, onun üçün sərmayə ola bilər. İkincisi, bu dualarda xüşu və təzərrö mayaları var. Məsələ elə bir ifadə, elə bir dillə deyilmişdir ki, ürəyi yumşaldır, onu (Allah qarşısında) sındırır. Bu dualarda fəsahətli, bəlağətli, eşq, məftunluq, şövq dolu ifadələr dalğalanır. İnsan bu duaların qədrini bilməli, onlardan istifadə etməlidir.
Əlbəttə, bu duaların mənasını başa düşməlidir. Xoşbəxtlikdən bu gün yaxşı tərcümələr var. "Məfatih əl-cinan" və başqa müxtəlif dualar tərcümə olunmuşdur. Tərcümələrə diqqət edərək oxusunlar. Əlbəttə, mənim gördüyüm qədəri ilə heç bir tərcümə bu dualardakı ifadələrin gözəlliyini olduğu kimi əks etdirə bilməmişdir. Amma hər halda duanın məzmunu bəllidir. Duaları bu tərcümələrə diqqət edərək oxusunlar. Duaları (kollektiv şəkildə) oxusunlar, heç olmasa bəzi ibarələrini tərcümə etsinlər. Əlbəttə, ən aşağı mərhələsi də budur ki, insan duanın mənasını başa düşməsə də heç olmasa hiss etsin ki, ürək yanğısını göstərən ifadələrlə Allahla danışır.
Ayətullah Seyid Əli Xamenei