Baxmağı, danışmağı, işarəsi, əlinin işarəsi, fikrini bildirməsi, ramazan ayından öncə ilə fərqlənirdi.
Ramazan ayında da öz üzərimizdə işləməliyik, camaatın üzərində işləməliyik. Bilməliyik ki, əgər üzərimizdə işləməsək, camaatın da üzərində işləyə bilməyəcəyik. Ramazan ayının bu duaları, bu orucu, minacatı, yalvarışı, zikrləri, nafilələri, bütün bunlar hamısı biz özümüzü bir az nurlandıraq deyə nəzərdə tutulmuşdur. Əgər nurlansaq, başqalarının da dadına yetə bilərik. Əgər nurlanmasaq, başqalarını da nurlandıra bilmərik. Nə qədər desək də artıq olacaq, zərərli olacaq, faydası olmayacaq.
İKİQAT NURANİLİK
Bu otuz gündə - və ya iyirmi doqquz gündə - ardıcıl olaraq, beş vacib namazdan əlavə nafilələr də var ki, insan həmişə onları qıla bilər. Bəzi dualar var ki, onlara diqqət, onları oxumaq insana iki qat nuranilik bəxş edir. Bu duaları bizim ixtiyarımıza vermişlər. Allahla danışmaq, minacat etmək qaydasını bizə öyrətmişlər. Müəyyənləşdirmişlər ki, Allahla hansı sözləri danışmaq olar. Bu duaların bəzisi imamlardan nəql olunmuş dualardır. Əgər bunlar olmasaydı, insan özü Allahla necə danışmaq lazım olduğunu, hansı dillə danışmaq, necə istəmək lazım olduğunu bilməzdi.
Bundan başqa ramazan ayının özü oruc tutan üçün bir nuranilik, ruhanilik zəminidir. Onu ilahi lütfləri qazanmaq üçün hazırlayır. Ramazan ayının namazları ilə, orucu ilə, duaları ilə, bir bütöv olaraq nəzərə alsanız, Quran tilavətini də ona əlavə etsəniz – demişlər ki, ramazan ayı Quranın baharıdır – bir yenidənqurma, özünəqayıdış, çürüntülərdən xilas olmaq və s. dönəmidir. Olduqca qənimət sayılası bir dönəmdir.
Məsələnin əsası bundan ibarətdir ki, biz ramazan ayında Allaha doğru səfərə çıxaq və bu mümkündür. Bəzən Ramazan ayından sonra İmam Xomeyninin (r) yanına gedirdim. Hiss edirdim ki, o, nurlanıb. Baxmağı, danışmağı, işarəsi, əlinin işarəsi, fikrini bildirməsi, ramazan ayından öncə ilə fərqlənirdi. Ramazan ayı mömin bir insan üçün belədir. Onun qəlbinə, daxilinə o qədər nuranilik bəxş edirdi ki, insan onu müşahidə etdikdə bunu hiss edirdi. Danışmasından hiss edir ki, nurlanıb. Allahın bəndələri belədir. Biz gərək bu fürsətdən çox istifadə edək.
Ayətullah Seyid Əli Xamenei