Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2018

"Nəhc əl-bəlağə"də təqva

Təqva sözün əsl mənasında günahdan uzaq qalmaqdır
"Nəhc əl-bəlağə"də yer alan ən mühüm mövzulardan biri təqvadır. Yəni mömin insan öz əməlinə görə məsuliyyət hiss etməli, çəkinəcəyi olmalıdır. O diqqətli olmalı, öz əməllərinə, davranışına nəzarət etməlidir. Qəflət və ehtiras onu imanın tələb etdiyi yoldan yayındırmamalıdır, yanlış istiqamətə sürükləməməlidir. Yol ilə addımladığını düşündüyü bir halda bir də gözünü açıb yolu azdığını görməməlidir.

Əgər cəmiyyətdə təqva olmazsa, tədricən xalqın təqva ipi incələrsə, üzülərsə, İslami həyatın davamı mümkün olmaz. Əgər biz özümüzdə istiğfar (əfv diləmək) əhval-ruhiyyəsini diriltsək, işin böyük bir hissəsi görülmüş olacaq. "Nəhc əl-bəlağə"də bağışlanmaq, əfv diləmək haqqında İmam Əlinin (ə) dilindən deyilir: "Allah-taala yer üzündə insanların əzabdan qorunması, amanda qalması üçün iki yol qoymuşdur. Bu iki vasitədən biri insanların əlindən çıxdı. Elə isə ikincisindən muğayat olun. Onu əldən verməyin, ona tapının. Allahın əzabının qarşısını alan və artıq xalqın əlindən çıxan təhlükəsizlik səbəbi Peyğəmbərin (s) müqəddəs vücudu idi. Digəri isə "istiğfar"dır.

Təqvanı təhrif olunmuş pəhrizkarlıq mənasında yox, sözün əsl mənasında diqqətə alın. Mən gənclərə tövsiyə edirəm ki, mərhum Şəhid Mütəhhərinin çıxışlarından hazırlanmış "Təqva" əsərini, eləcə də, "Nəhc əl-bəlağəyə bir baxış" kitabını oxusunlar. İmam Əlinin (ə) sözlərində təqvanın mənasını dərk edin. Təqva sözün əsl mənasında günahdan uzaq qalmaqdır. “Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)”. (“Əraf”, 26) O təqva ki, insan üçün geyim və örtükdür. İnsanı maddi və mənəvi zədələrə, xəstəliklərə qarşı vaksinləyir.
Zöhd sözün əsl mənasında dünyanın, bu həyatın maddi cilvələrinə qarşı meyilsiz, rəğbətsiz olmaqdır. İmam Əlinin (ə) kəlamında təqva, helm, dostluq, qardaşlıq, sevgi və digər bir sıra etik məsələlər mövcuddur. İmam (ə) yalnız insanları öyrətmir, yəni yalnız beyinlərini formalaşdırmır, həm də onları ruhi, mənəvi baxımdan saflaşdırmaq, formalaşdırmaq istəyir. Demək, öncə təlim, sonra isə tərbiyədir.

Ayətullah Seyid Əli Xamenei


4686 بازدید
در حال ارسال اطلاعات...