Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2018

ÜMİDSİZLİK KAFİRLİK ƏLAMƏTİDİR

Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir
Dua edən insan Allah tərəfindən duaya dəvət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd verdiyini unutmamalıdır. Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.
Qurani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. “Yusif” surəsinin 87- ci ayəsində buyurulur:
“Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən məyus olmayın. (“Зумәр”, 53.)
Allahın Rəsulu (s) buyurur: “Allaha ümidini itirməmiş günahkar ümidini itirmiş abiddən ilahi rəhmətə daha yaxındır.” (Кәнзул - әммал, 5869.)
İmam Sadiq (ə) buyurur: “Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.” (“Мүстәдрәкүл-вәсаил”,12-59.)
İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük günahlardan sayılır və belə bir günah müqabilində cəhənnəm əzabı vəd edilir. Duanın dərhal qəbul olmaması insanı məyus etməməlidir. Çünki insan üçün nəyin daha xeyirli olduğunu yalnız Allah bilir. Allah-Taala dua edən kəsin axirət məqamını yüksəltmək üçün onun istəyinin qəbulunu yubada da bilər. Ümidsizlik nə ağıl, nə şəriət, nə əxlaq, nə də insanlıq baxımından qəbul edilə bilməz. Həqiqi mömin heç bir vəchlə Allahdan ümidini üzmür.
Dua və onun qəbulu haqqında mötəbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur. Əba Əbdillah (ə) buyurmuşdur : “Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: “Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: “Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.”
Mənsur Səyqəl İmam Sadiq (ə)-dan soruşur ki, bəzən dualar qəbul olur, bəzən isə bir müddət təxirə düşür. Görəsən, bu təxirdən məqsəd duanı davamlı etməkdirmi? İmam buyurur ki: -”Bəli”. (“Кафи”, 2-489.)


5109 بازدید
در حال ارسال اطلاعات...