Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

NAMAZA DİQQƏT VƏ İLAHİ HÜZUR

Biz namaz vasitəsi ilə hansı məqama çata biləcəyimizi və...
Merac hədisində oxuyuruq: “Ey Məhəmməd, bəndələrimdən üç dəstəsinə təəccüb edirəm: Namaza dayanıb əllərini kimə doğru qaldırdığını, kimin qarşısında dayandığını bildiyi halda yuxulu olan bəndəmə; bu gün üçün ruzisi olduğu halda, sabahki ruzi üçün çalışan bəndəmə; Ondan razı olub-olmadığımı bilmədiyi halda xoşhal olan bəndəmə!”

Rəvayətdə elə bir nöqtəyə işarə olunur ki, o hamımızın dərdidir. Bəli, əksərimiz yetərincə məlumatlı olduğumuz halda, namaza diqqətsiz yanaşırıq. Hamımız bilirik ki, qıldığımız namazlar övliyaların namazı kimi deyil. Onu da bilirik ki, namazımızda Quran və rəvayətlərdə, zikr olunmuş xüsusiyyətlər yoxdur. Amma sakit halda öz məsuliyyətsiz münasibətimizi davam etdiririk. Olduqca təhlükəli bir haldır. Ona görə də namazımızdakı nöqsanları aradan qaldırmağa, qəlbimizin iştirakı ilə kamil namaz qılmağa çalışmalıyıq. Biz namaz vasitəsi ilə hansı məqama çata biləcəyimizi və namazı yetərli şəkildə qılmadığımızdan hansı uçuruma yuvarlanacağımızı yaxşı götür-qoy etməliyik.
İlahi övliyaların ibadətlərini nəzərdən keçirib, öz ibadətimizi onların ibadəti ilə müqayisə etsək yaxşı olar. Yalnız kamil nümunə ilə müqayisə zamanı işin nöqsanı ortaya çıxır. Namazdakı nöqsanları aradan qaldırmaq üçün Mərhum Mirza Cəvad ağa Təbrizinin “Əsrarus-səlat” və mərhum imamın eyni adlı kitabını mütaliə etsək, bir çox incə və mühüm nöqtələri dərk edərik. Biz isə bu məsələyə ötəri bir nəzər salmaqla kifayətlənməyə məcburuq.


2757 بازدید
در حال ارسال اطلاعات...