Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2017

QƏBUL OLMUŞ DUA

“Kim bu şəxsə dörd dirhəm sədəqə versə ona dörd dua edəcəyəm.”
Böyük alim Mənsur ibn Əmmar dövründə varlı bir şəxs günah məclisi qurmaq üçün öz quluna dörd dirhəm verib onu bazarlığa göndərdi. Qul yoldan ötərkən Mənsur ibn Əmmarın məclis keçirdiyini gördü. Söhbəti eşitmək üçün onlara yaxınlaşdı. Qul gördü ki, Mənsur miskin bir şəxsin əlindən tutub ətrafındakılara deyir: “Kim bu şəxsə dörd dirhəm sədəqə versə ona dörd dua edəcəyəm.” Qul düşündü ki, əlindəki dörd dirhəmə pozğun bir məclis üçün təam və şərab almaqdansa, bu pulu fəqirə verib, Mənsurun duasına nail olmaq daha yaxşıdır. Beləcə dörd dirhəmi fəqirə verib, Mənsurdan vəd olunmuş duaları istədi. Mənsur soruşdu ki, hansı işlərinə dua edim? Qul dedi: “Əvvəla, dua et ki, Allah məni əsirlikdən azad etsin. İkincisi, ağama tövbə qismət etsin. Üçüncüsü, bu dörd dirhəmin əvəzi əlimə yetişsin. Dördüncüsü, mən və ağamın məclisindəkilər bağışlansınlar.”
Dörd istəyinə dua etdirən qul boş əllə ağasının yanına qayıtdı. Ağa soruşdu ki, haradaydın? Qul cavab verdi ki -”dörd dirhəmə dörd dua almışam”, və həmin duaları sadalamağa başladı. Ağa buyurdu: “Əvvəla səni azad etdim. İkincisi, günahlarımdan tövbə edirəm. Üçüncüsü, verdiyin dörd dirhəmin əvəzinə al bu dörd dirhəmi. Amma dördüncü duanın yerinə yetməsi, yəni mənim, sənin və məclis əhlinin bağışlanması mənim öhdəmdə deyil.” Ağa yatıb yuxuda Cənab Haqq tərəfindən belə bir buyuruq eşitdi: «Ey bəndə sən öz fəqir halınla vəzifələrinə əməl etdinsə necə ola bilər ki, Biz sonsuz kərəmimizlə həmin istəyə əməl etməyək?! Biz səni, sənin qulunu və bütün məclis əhlini bağışladıq.»


2765 بازدید
در حال ارسال اطلاعات...