Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2017

ATA-ANAYA «UF» DEMƏ!

İslami tərbiyədən uzaq düşmüş əsrimizdə övladdan imtina halları çoxalır.
Ata-ana övladın yaranış və tərbiyə vasitəsidir. İslam dinində valideynə itaət və ehtiram təkidlə tapşırılmışdır. «İsra» surəsinin 22-ci ayəsində Allah-təala buyurur: «Ata-ananıza yaxşılıq edin». Böyük günahlar sırasında şirkdən sonra ikinci böyük günah valideynlə pis rəftardır. Həmin surənin 23-cü ayəsində oxuyuruq: «Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara «uf» belə demə, qışqırıb onlarla acı danışma».
Valideynə yalnız o zaman itaət etmək olmaz ki, onlar dinin ziddinə əmr etsinlər. Təcrübədə sübut olub ki, ata-ananı incidənlər heç dünya həyatında da xoşbəxt ola bilmirlər.
Ata-ana övlad üçün ağacın kökü mislindədir. Budaqlar nə qədər inkişaf etsə də, kökdən qidalanmadan yaşaya bilməz.
Övladın valideynə hörmətsizliyi qarşılıqlı etinasızlıqla müşayiət olunduğu üçün cəmiyyətdə biganəlik yaranır. Övladından ehtiram görmək istəyən şəxs öz ata-anasına qarşı münasibətdə diqqətli olmalıdır. Övlad və valideyn arasında mövcud olan hörmətsizlik nikah və doğumların sayına da təsir göstərir. İslami tərbiyədən uzaq düşmüş əsrimizdə övladdan imtina halları çoxalır. Təbii ki, meyvələri acı, özü də kölgəsiz bir ağac əkməyə dəyməz.


6604 بازدید
در حال ارسال اطلاعات...