Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2017

Dualarımızın qəbul olunmamasının səbəbi İmam Əlinin (ə) bəyanında

Quran oxudunuz, amma ona əməl etmədiniz
Nə üçün duamız qəbul olmur?

Cavab: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur?

Həzrət Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir:

«Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz». («Səfinətül-bəhar», 1-ci cild, səh. 448.)


2375 بازدید
در حال ارسال اطلاعات...