Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2017

FƏRƏC DUASININ MƏNASI

Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!
İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:

“Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!” (“Biharül-ənvar”, c. 52, səh. 148; c. 92, səh. 326; c. 2, səh. 351)
Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.

“Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mənası budur ki;
“Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”

Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.
Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.
Biz məsum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik. (“Biharül-ənvar”, c. 52, səh. 148; c. 92, səh. 326; c. 2, səh. 351)


2451 بازدید
در حال ارسال اطلاعات...