Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2017

NƏFSİN TƏRBİYƏSİ

Təqva xəstə qəlblərin şəfasıdır
Özünütərbiyənin iki mərhələsi vardır:

1. Əvvəlcə nəfs çirkinliklərdən, günahlardan təmizlənməlidir.
2. İkinci mərhələdə insan elm və maarifə yiyələnməklə saleh işlər görməli və əxlaqını zinətləndirməlidir.
Özünütərbiyə üçün hər iki mərhələ zəruridir. Çünki çirkinlik və günah içində olan nəfsin əxlaqi dəyərlərə yiyələnmək qabiliyyəti yoxdur. İnsan günaha yol verirsə, onun qəlbi şeytanın əsarətindədir. Şeytanın əsarətində olan bir yer ilahi nurla işıqlana bilərmi? Mələklər belə bir qəlbə üz tutarmı? Demək, günahlardan təmizlənmək vacibdir.

Tutaq ki, insan çirkin işlərdən və günahlardan təmizləndi, bu iş təkamül üçün yetərli ola bilərmi? Əgər insan saleh işlər görmürsə, o necə kamilləşə bilər?!
Nəfsin tərbiyəsində çox mühüm bir nöqtəyə də toxunmağımız zəruridir. Həzrət Əli (ə) buyurur: «Təqva əxlaqın başlanğıcıdır». Bəs, təqva nədir? Bu sözün lüğətdə mənası qorunmaqdır. Amma ayə və hədislərdə bu söz daha geniş məna ifadə edir. Əgər insan öz həyatında konkret bir üsulla yaşamaq istəyirsə, bu üsula zərərli olan bütün şeylərdən çəkinməlidir.
Dində təqva itaətsizlik və günahlardan qorunmaqdır. İslam məktəbində möminlər üçün ən bəyənilmiş sifət təqvadır. Həzrət Əli (ə) buyurur: «Təqva xəstə qəlblərin şəfasıdır».


3700 بازدید
در حال ارسال اطلاعات...