Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2017

NƏFSƏ NƏZARƏT

Nəfs istəklərinə nəzarətdə əql müstəsna rol oynayır.
Bütün yaxşılıqların və pisliklərin səbəbkarı nəfsdir. Nəfs insanlıq yolunu seçsə, insan mələklərdən də uca məqama qalxar. İnsanın dünya və axirət səadəti birbaşa ondan asılıdır.
İnsanda mövcud olan heyvani istəklər yalnız ifrat halda zərərlidir. Heyvani istək adlandırdığımız cinsi istək olmasa, insan nəsli davam edə bilməz. Demək, bu istəkləri boğmaq yox, öz insani axarına yönəltmək lazımdır.
Nəfs istəklərinə nəzarətdə əql müstəsna rol oynayır. O, dini göstərişlərdən istifadə edərək nəfsi ifrat və təfritdən qoruya bilər. Amma əqli hakimiyyətə gətirmək asan iş deyil. «Nəfsi-əmmarə» adlı güclü bir düşmən əqllə üzbəüz dayanmışdır. «Yusif» surəsinin 53-cü ayəsində buyurulur: «Allahın rəhm etdiyi istisna olmaqla, nəfs həmişə pisliyə əmr edəndir». 
İslam Peyğəmbəri buyurur: «Sənin ən böyük düşmənin nəfsdir». Həzrət Əli (ə) buyurur: «Əql və şəhvət bir-birinə ziddir. Elm əqli, həvəs şəhvəti müdafiə edir. Nəfs bu iki qüvvənin mübarizə meydanıdır».
Bəli, əql gözəl hakimdir. Amma onun yardıma ehtiyacı vardır. Əgər insan öz varlığının idarəsini əqlə tapşırarsa, böyük bəlalardan qurtula bilər. İmam Əli (ə) buyurur: «Ehtiyatlı olun ki, şəhvətlər qəlbinizə hakim kəsilməsin»; «Nəfsin istəklərini cilovlamayan insan əqlə malik olmayacaq»; «Sevgi, qorxu, şəhvət; qəzəb, razılıq halında nəfsinə hakim olan insana cəhənnəm odu haramdır».


4837 بازدید
در حال ارسال اطلاعات...