Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2017

NƏFSİN TƏRBİYƏSİNDƏ QARŞIYA ÇIXAN MANEƏLƏR

Təkamül yolunda olan maneələrdən biri insanın özünə məhəbbətidir.
Nəfsin tərbiyəsində ilkin maneə insanda tərbiyələnmə qabiliyyətinin zəifliyidir. Günahlar qəlbi elə qaralda bilər ki, qəlb şeytanın hakimiyyəti altına düşər. Belə bir insan xalis tövbə edib günahlardan uzaqlaşmazsa, irəli addım ata bilməz. Dünyaya, var-dövlətə, hətta ata-anaya, övlada, elmə dəlicəsinə, ifrat vurğunluq təkamül yolunda olan maneədir.
Növbəti maneə nəfsə itaətdir. «Sad» surəsinin 26-cı ayəsində buyurulur: «Nəfs istəklərinə uyma, o səni Allahın yolundan azdırar». Nəfsini tərbiyə etmək istəyən insan qarınqululuqdan çəkinməlidir. İslam Peyğəmbəri (s) buyurur: «Çox yeməyin. Çox yemək qəlbinizdə mə᾽rifət nurunu söndürər».
Özünü tərbiyədə sükutun, az danışmağın böyük əhəmiyyəti vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Çox danışmaq qəlbi daşlaşdırır». Həzrət Əli (ə) isə buyurur: «Ağıl kamilləşəndə danışıq azalır».
Təkamül yolunda olan maneələrdən biri insanın özünə məhəbbətidir. Özünü sevən insan nə qədər ki, bu sifətdən uzaqlaşmayıb, Allaha yaxın məqama ucala bilməz. O özünü sevdiyi üçün cəhənnəm odundan qorxub ibadət etməklə behiştə gedə bilər. Yüksək məqam isə yalnız özünü unudub Allahı düşünən insanlara nəsib olur.
Bəlkə də, ən mühüm maneələrdən biri iradəsizlikdir. İradəsiz insan mühüm işlərdə qəti qərara gələ bilmir. Şeytani tərəddüdlər ilkin addım atmaqda böyük maneəyə çevrilir.


4782 بازدید
در حال ارسال اطلاعات...