Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2017

BÜTÜN MƏNƏVİ DƏYƏRLƏRƏ DİQQƏT YETİRMƏK

Behiştin ona şirin olmağını haradan bilirsən?
Günahlarla tanışlığı olan hər bir müsəlman çox ehtiyatlı olmalıdır ki, həyatda bacardığı qədər heç bir günaha bulaşmasın. Çünki bəzi hallarda mühüm işlərə diqqət yetirən zaman kiçik günahlar yaddan çıxır. Bu barədə iki əhvalata diqqət yetirək:
«Ühüd» müharibəsi hicrətin üçüncü ilində Ühüd dağı ətrafında baş verdi. Bu müharibədə səhabələrdən birinin oğlu şəhid oldu.
Bu şəhidin anası oğlunun qanlı cəsədinin üstünə gəlir, onun üzündən toz-torpağı təmizləyib deyir: «Oğlum, gedəcəyin behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə o qadına xitab edib deyir:
«Behiştin ona şirin olmağını haradan bilirsən? Ola bilsin, həyatda faydasız sözlər danışıb və yaxud malı çox olan zaman paxıllıq edib».
Səd ibn Məaz «Ühüd» müharibəsində yaralandı. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etdi. Peyğəmbər (s) və başqa müsəlmanlar onu çox böyük ehtiramla dəfn etdilər. Peyğəmbər (s) onun haqqında belə buyurur: «Allaha and olsun, onun dəfn mərasimində 70 min mələk iştirak etdi». Dəfn mərasimindən sonra Sədin anası qəbrin kənarında durub dedi:
«Behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə üzünü Sədin anasına tutub dedi:
«Sakit ol! Allahdan nə gözləyirsən?! İndi Səd qəbirdə əzab içindədir».
Orada olanlar Peyğəmbərdən (s) soruşdular:
«Nə üçün Səd qəbirdə əzab çəkir, halbuki sizin ona böyük ehtiramınız var idi?»
Peyğəmbər (s) buyurdu:
«Düzdür, o qəbirdə əzab çəkir, çünki o öz ailəsi ilə pis davranırdı».


3742 بازدید
در حال ارسال اطلاعات...