İbni Nöman deyir: İmam Sadiqin bir dostu var idi. İmam çox vaxt onunla bir yerdə olardı. Bir gün o öz quluna dedi:
«Ay haramzadə, harada idin?»
İmam dostunun bu sözünü eşidəndə o qədər narahat oldu ki, əlini qaldırıb möhkəm öz alnına vurub, dedi:
«Sübhanəllah! Sən onun anasına zina töhməti vurursan? Mən səni təqvalı bir şəxs bilirdim, amma indi görürəm ki, sənin təqvan yox imiş».
İmamın dostu bunu eşidəndə ərz edir:
«Sənə fəda olum! Bu qulun anası Hindistan əhalisindən və bütpərəstdir». (Deməli ona söyüş vermək olar)
İmam isə buyurdu:
«Sən bilmirsənmi ki, hər bir xalqın özünə məxsus evlənmək adəti vardır? Məndən uzaqlaş!»
İbni Nöman daha sonra deyir: Bu hadisədən sonra heç vaxt İmamı o dostu ilə bir yerdə görmədim.