Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2017

İNSAN ÖZÜ-ÖZÜNÜN TƏBİBİDİR

İslam dininə görə nəfsin müalicəsi daxildən başlanmalıdır
Peyğəmbərlər, məsum İmamlar bəşəriyyətin tərbiyəsi üçün göndərilsələr də, əsl məsuliyyət insanın öz üzərinə düşür. İnsan nəfs xəstəliklərini, bu xəstəliklərin əlamətlərini, bu xəstəliklərin müalicə yollarını öyrəndikdən sonra özü-özünə əlac etməlidir. İnsan öz xəstəliyini başqalarından daha yaxşı hiss edir. Əgər o öz nəfsini gözləməsə, öyüd-nəsihətin heç bir faydası yoxdur.

İslam dininə görə nəfsin müalicəsi daxildən başlanmalıdır. Bu, İslamın mühüm tərbiyə üsullarından biridir.
«Qiyamət» surəsinin 14-cü ayəsində buyurulur: «Doğrusu, insan öz nəfsini daha yaxşı tanıyır».
Həzrət Sadiq (ə) buyurur: «Sən öz nəfsinin təbibisən. Sənə dərd və onun əlamətləri bəyan edilmiş, dərmanı tanıtdırılmışdır»; «Hər bir insanın daxilində nəsihətçisi olsa, daim yaxşılıq içində olar».
Həzrət Əli (ə) buyurur: «Ən aciz insan nəfsini islah edə bilməyən insandır»; «İnsan öz nəfsinə sahib durmalı, daim qəlbini və dilini qorumalıdır».
Hər hansı bir günahla üz-üzə dayanmış insanı bu günahdan kim qurtara bilər?! O, günahı tanıyır, bu günah müqabilində nə itirəcəyindən xəbərdardır. O bilir ki, günahın ləzzəti bir anda ötüb keçəcək, ağrıları isə əbədi yük olacaqdər. Beləliklə də əql «günahdan çəkin!» deyir.


4507 بازدید
در حال ارسال اطلاعات...