Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2017

Din rəhbərlərimiz bizə yol göstərirlər

Qəzəb, agah qəlbin nurunu məhv edib aradan aparır
Belə bir təhlükəli ruhi xəstəliyi müalicə etmək üçün peyğəmbərlərin, imamlar və onların sadiq davaçılarının verdikləri təlimlərdən müəssər inkinci bir üsul yoxdur. Psixoloq və həkimlərin bu sahədə göstərdikləri fəaliyyətlər təsirsiz olmasada elə bir qəti nəticə verməmişdir. Peyğəmbər (s) və məsum İmamlar ürək oxşayan buyuruqlarında qəzəbin acınacaqlı aqibətləri barədə xəbər vermiş və bu xoşa gəlməz xüsusiyyətdən uzaq olmağı tövsiyə etmişlər.

İmam Sadiq (ə) buyurur: "Qəzəbdən uzaq olun, çünki qəzəb insanı xəcalət hissi ilə üzr istəməyə vadar edir."

Doktor Marden deyir: Qəzəb hər nə səbəb olursa olsun, insan sakitləşdikdən sonra əbəs yerə qəzəbləndiyini başa düşür. Bunun üçündə əgər həmən günün səhəri hər şey olduğu kimi götür qoy etdikdə üzərinə qəzəbləndiyi şəxsdən üzr istəməyə məcbur olur.
Əgər sabah edəcəyiniz götür qoyu bu gün etməyə adət etsəniz qəzəb böhranı özünün ən son həddinə çatacaqdır.

İmam Sadiqdən (ə) nəql olmuş başqa bir hədisdə buyurulur:
"Qəzəb, agah qəlbin nurunu məhv edib aradan aparır. Qəzəbinə nəzarət edə bilməyən şəxs heç vaxt ağıl və şüuruna malik ola bilməyir." (Üsuli Kafi 2-ci cild, səh.305.)

Tibbi baxımdan qəzəb və həyəcan olduqca ağır nəticələrə və bəzi vaxtlarda insanın həyatına bir dəfəlik son qoymağa səbəb olur.

İmam Əli (ə) buyurur: "Qəzəbini cilovlamayan şəxs tez bir zamanda ölümlə üzləşər." (Ğurərul Hukəm səh.625.)

Doktor Marden deyir:
Qəlbi zəif olan şəxslər bilirlər ki, qəzəb və həyəcanları bir gün onların canlarının bahasına başa gələ bilər? Əlbəttə onlar bunu təsəvvür etməyə bilərlər, lakin bilməlidirlər ki, hətta tamamilə sağlam insanlar belə bir gün qəzəb və həyəcanın qurbanına çevrilə bilərlər. Belə ki, bir qədər dərindən diqqət yetirsək görəcəyik ki, belə bir böhrana düçar olan şəxslər bir çox hallarda infrakt keçirməklə dünyalarını dəyişmişlər.

Qəzəb qidaya da mənfi təsir göstərərək iştahanın pozulmasına və həzmin çətinləşməsinə bir sözlə bütün orqanizmə mənfi təsir göstərərək ciddi çətinliklər yaradır. Nəticədə mənəviyyatımıza ağır zərbə dəymiş olur. Əsəbin qoyduğu mənfi təsirlər o qədər təhlükəlidirlər ki, südəmər uşaqlara əsəbi halda süd verdikdə onlar zəhərlənir və dünyalarını dəyişəməli olurlar."

Həzrət Əlidən (ə) nəql olmuş başqa bir hədisdə buyurulur: "Qəzəbdən uzaq olun çünki, qəzəb dəliliklə başlayıb peşimançılıqla başa çatır."

"Qəzəb şölələnən bir alovdur. Səbr və təmkinli olanlar onu söndürməyə nail olarlar. Ona əhəmiyyət verməyən şəxslər isə onun odunda hamıdan tez yanarlar." (Ğurərul Hukəm səh.71.)


4378 بازدید
در حال ارسال اطلاعات...