Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2017

Möminin üç nişanəsi

İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər
Peyğəmbər (s) buyurub:

Möminin nişanəsi üç şeydir; az yeyər (çünki oruc tutar), az danışar (çünki, Allahı zikr etməklə məşğuldur), az yatar (çünki namaz qılmağa məşğul olar).

Mən özümdən sonra ümmətimdən ötrü üç şeydən qorxuram; hidayət olduqdan sonra azmaqdan, insanı azdıran fitnələrdən, qarın və fərc şəhvətpərəstliyindən.

Yeddi qat yer və yeddi qat asiman onlarda olanlarla birlikdə, müqərrəb məlaikələr, gecə və gündüz üç dəstə insandan ötrü bağışlanma diləyərlər; alimlərdən, tələbələrdən və əməl sahiblərindən ötrü.

İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər: Birincisi, uzun müddətli sədəqə (məsələn, yol çəkmək, körpü salmaq, məscid tikdirmək və s. kimi əsəri həmişəlik qalan xeyir işlər) digəri insanların faydalandığı xeyir əməllər (məsələn, tədris, kitab yazmaq və s.), üçüncüsü isə valideyni barəsində dua edən saleh övlad.

Üç xüsusiyyəti qarğadan öyrənin: gizli şəkildə yaxınlıq etməyi, sübh tezdən ruzi dalınca getməyi, düşməndən ehtiyatlı olmağı.


3591 بازدید
در حال ارسال اطلاعات...