Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2017

ŞEYTANA UYMAYAQ!

Şeytan İsmayıla yaxınlaşıb dilini işə saldı. - Bilirsənmi, atan səni qurban kəsmək istəyir?
Şeytan daim pusquda durub, Allah əmrinə itaət etmək istəyən insan üçün maneələr yaradır.
Allah İbrahim Peyğəmbərə (ə) əmr etdi ki, oğlunu Allah yolunda qurban kəs. Həmin vaxt İbrahimin yaşı yüzü ötmüş, İsmayılınsa cəmi on üç yaşı var idi.
İbrahim oğlu İsmayılın əlindən tutub Minaya gətirdi. Şeytan bilirdi ki, həzrət İbrahim Allahın bu imtahanından ləyaqətlə çıxsa, imamət məqamına yüksələcəkdir. Cəld özünü İsmayılın anası Hacərə çatdırıb dedi:
- Bilirsənmi İbrahim İsmayılın başını kəsmək istəyir?
Hacər dedi:
- Kimsəyə zərrəcə əziyyət verməmiş kəs belə bir iş tuta bilməz.
Şeytan əl çəkmədi:
- O elə bilir ki, bu işi Allah əmr edib.
Hacər tövrünü pozmadan cavab verdi:
- Əgər Allah əmr edibsə, eybi yoxdur.
Hacərdən əlini üzən şeytan İbrahimin yanına gəlib dedi:
- İsmayılın nə günahı var ki, başını kəsirsən?!
İbrahim buyurdu:
- Bu, Allahın əmridir.
Şeytan başqa fəndə əl atdı:
- Sən oğlunun başını kəssən, bu iş adət şəklini alacaq.
İbrahim (ə) buyurdu:
- Mən Allahın əmrini yerinə yetirirəm.
Şeytan dedi:
- Bəlkə heç Allah əmr etməyib?
Həzrət İbrahim (ə) yerdən daş götürüb şeytana atdı.
Nəhayət, Şeytan İsmayıla yaxınlaşıb dilini işə saldı.
- Bilirsənmi, atan səni qurban kəsmək istəyir?
- Atam belə iş görməz.
- O deyir ki, bu, Allahın əmridir.
- Elədirsə, canım Allahın əmrinə qurban!


3647 بازدید
در حال ارسال اطلاعات...