Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2017

HÜSNÜ-ZƏNN (NİKBİNLİK)

İnsanlarının çoxu pis olan bir yerdə hüsnü-zənn etməyə yer qalmır
Bir çox rəvayətlərdə imamlar bizi hüsnü zənnə təşviq ediblər. Belə ki, İmam Əli (ə) buyurmuşdur: "Ən üstün möminlik nikbinlikdir". Digər hədisdə buyurub: "Nikbinlik ürək rahatlığı üçün mənbə və dinin salamatlığıdır". Eləcə də başqa bir rəvayətdə buyurulub: "Hüsnü-zənn qəmi azaldar və günaha düşməkdən çəkindirir". ("Mizan əl-Hikmənin müntəxəbi" kitabında (c.2, səh.637) nikbinlik haqda bir neçə hədis.)

Hüsnü-zənnin cismi faydaları
Nikbincəsinə düşünmək immun sistemini qüvvətləndirir, xərçəng xəstəliyinə ürək xəstəliklərinə və bir çox digər xəstəliklərə, qarşı müqaviməti artırır. ("Yüz yaşamaq üçün yüz məsləhət", səh.133.)
"İsna" internet xəbər agentliyinin verdiyi məlumata əsasən, İran psixoloqlarının fikrincə nikbin insanlarda ümumi ölümün sayı, cəmiyyətin digər insanlarından 50 faiz azdır. Belə ki, ürəklə bağlı çatışmazlıqlar da başqalarına nisbətən bu insanlarda 33 faiz azdır. (“Səlamət” həftəlik jurnalı, 1385 (h.ş).)
Maraqlı burasıdır ki, dini baxımdan nikbinlik hər yerdə yaxşı deyil. Məsələn: İnsanlarının çoxu pis olan bir yerdə hüsnü-zənn etməyə yer qalmır. Əgər belə bir yerdə hüsnü-zənn etsəniz başınıza bir bəla gəlsə özünüzdən başqasını məzəmmət etməyin.
Diqqət etmək lazımdır ki, insana dünya və axirət sağlamlığını qazandıran kamil hüsnü-zənn Allah-taalaya olan hüsnü-zənndir.

HÜSNÜ ZƏNN VƏ YAXŞI ƏHVAL-RUHIYYƏLI MƏHBUS
Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür. Bir müddətdən sonra onları azad edirlər. Onlardan biri yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa peyğəmbər (ə) kök kişidən soruşdu: "Sənin kökəlməyinə səbəb nə olub?" Kişi deyir: "Allaha qarşı olan gümanım xoş idi və Ona (Allaha) hüsnü zənn edirdim"
Həzrət Musa (ə) arıq kişidən soruşdu: "Sənin bəd hal və arıq olmağına səbəb nə idi? "Deyir: "Allahın qorxusu məni bu hala salıb". Həzrət Musa (ə) əllərini qaldıraraq dedi: "İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah et görüm bunların hansı üstündür. "Allah-taala buyurur: "Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür." ("Yüz mövzu, yüz dastan".)


4436 بازدید
در حال ارسال اطلاعات...