Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2017

PAKLIQ

İnsan namazdan qabaq dəstəmaz alarkən əzaları yuyulduqca ruhunda bir paklıq duyulur.
İslam dini öz ardıcıllarını mənəvi və fizioloji paklığa çağırır. Fiqhin əməl bölməsi insanın fiziki paklığını təmin edəcək araşdırmalarla məşğuldur. Əlbəttə ki, bu sırf fiziki paklıq deyil. Məsələn, insan namazdan qabaq dəstəmaz alarkən əzaları yuyulduqca ruhunda bir paklıq duyulur.
Namaz qılan şəxs namaz zamanı aşağıdakı murdarlıqlardan pak olmalıdır:
1. İnsan və əti haram heyvanın sidiyi. 2. İnsan və əti haram olan heyvanın nəcisi. 3. Məni (sperma). 4. Qan. 5. İnsan və atıcı qanı olan heyvanın murdarı. 6. İt. 7. Donuz. 8. Pivə. 9. Şirk və küfr.
Murdarlağı aradan qaldırmaq üçün pakedicilər mövcuddur:
1. Saf su, torpaq, günəş, istihalə (kimyəvi tərkibi dəyişməklə murdar pak ola bilər. Məsələn, şərab sirkəyə dönüb pak ola bilər).
2. İslam- (Kafir İslamı qəbul etməklə pak ola bilər).
3. Təbəiyyət – (Kafir ata İslamı qəbul etməklə həddi-buluğa çatmayan övlad da pak olar).
4. Heyvanın bədənindən murdarın özünün (eyninin) getməsi.
5. İstibra – (Bir müddət murdarla qidalanmış heyvan müəyyən müddət pak qidalanarsa pak olar, məsələn, qoyun on gün istibradan sonra pak olar).
6. Müsəlmanın qayib olması – (Bədənində və ya paltarında nəcasət olan müsəlmanla bir neçə gün sonra görüşdükdə nəcasət əlaməti görünməzsə o, pak hesab olunur).
7. İntiqal – (Məsələn, insan nəcisi bitkiyə çevrilməklə pak olar).


4587 بازدید
در حال ارسال اطلاعات...