Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2017

QURANDA «İTRAF» VƏ «MÜTRƏF» KƏLMƏLƏRİ

Quranda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib
Quranda «itraf» və «mütrəf» kəlmələri 8 dəfə təkrar olunmuşdur: «Mütrəf» sözü «tərfə» sözündən tutulub. «Tərfə» sözünün mənası nemət artıqlığıdır. Mütrəf isə nemət çoxluğundan məst olub Allaha asi olan şəxsə deyilir.

«Səbə» surəsinin 34-cü ayəsində oxuyuruq: «Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.»

Quranda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq: «Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar».

«Təkasür» surəsinin birinci ayəsində oxuyuruq: «(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi».

İslam Peyğəmbəri (s) mal-dövlət toplamaq barədə buyurur: «Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir».


3385 بازدید
در حال ارسال اطلاعات...